Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
№
263 Bakı şəhəri,
10 iyul 2015-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci
il 29 may tarixli 120 nömrəli qərarı
ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması
haqqında işlərə
baxılması Qaydaları”nda
dəyişiklik edilməsi
barədə
“Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 3 aprel tarixli 1250-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 29 aprel tarixli 504 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 120 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 5, maddə 361; 2001, № 7, maddə 512; 2004, № 4, maddə 287; 2006, № 5, maddə 472; 2009, № 10, maddə 852; 2014, № 6, maddə 736, № 7, maddə 922, № 12, maddə 1676) ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nın 3.10-cu bəndinin ikinci abzası aşağıdakı redaksiyada verilsin:
“Antiinhisar qanunvericiliyini pozan şəxslər cəriməni və ya maliyyə sanksiyasını ödəmədiyi və ya qismən ödədiyi halda, antiinhisar orqanı cərimənin və ya maliyyə sanksiyasının, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu qərarın məcburi qaydada icrasının həyata keçirilməsi üçün icra məmurlarına göndərir.”.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan.- 2015.- 31 iyul.- S. 1.