Mövcud siyasi kurs xalq tərəfindən birmənalı dəstəklənir

31 İyul 2015

 

Prezident İlham Əliyevin əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaratmış, hər bir vətəndaşın həyatında nəzərəçarpacaq irəliləyişlərə səbəb olmuşdur. Dövlət başçısı Heydər Əliyev siyasi kursunu qətiyyətlə davam etdirərək xalqda dərin inam yaratmış, əsası ümummilli lider tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının ardıcıl şəkildə yüksək dinamizmlə həyata keçirilməsinə əsaslı zəmin formalaşdırmışdır.

Cənab İlham Əliyevin prezidentlik dövrü ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının hazırlanması işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah tərəqqi prosesinin geniş vüsət alması ilə səciyyəvidir. Ümumi şəkildə desək, qlobal enerji nəqliyyat-kommunikasiya layihələrinin uğurla gerçəkləşdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artırılması, neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, infrastrukturun bütün sferalarda yeniləşdirilməsi məsələləri cənab İlham Əliyevin iqtisadi siyasətinin əsas qayəsini təşkil edir. Avratlantik məkana inteqrasiya, demokratikləşmə vətəndaş cəmiyyəti quruculuğu prosesi, liberal iqtisadi siyasi mühitin, habelə ölkədə güclü insan kapitalının formalaşdırılmasına xidmət edən milli maarifçilik hərəkatının başlanması, informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi s. məsələlər dövlət başçısının xüsusi diqqət mərkəzindədir.

İdarəetmə sisteminə novator düşüncə tərzi, dinamizm müasirlik çalarları gətirən dövlət başçısı hər yeni il üçün hökumətin həyata keçirməli olduğu tədbirlərin əhatə dairəsini vaxtını dəqiq müəyyənləşdirməklə onların icra prosesini şəxsi nəzarətdə saxlayaraq ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılmasına səfərbər etmişdir. Bu nöqteyi-nəzərdən son 12 ildə regional inkişaf qeyri-neft sektorunun inkişafı naminə həyata keçirilmiş tədbirləri xüsusi vurğulamaq olar. Bölgələrin tarazlı davamlı inkişafının təmin olunması, yeni yerlərinin açılması, mövcud problemlərin aradan qaldırılması məqsədilə imzaladığı dövlət proqramlarının, fərman sərəncamların icrası vəziyyəti ilə yerində tanış olmaq, sadə vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilk mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına təşkil edilən səfərlər cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin əsas istiqamətlərindən biri kimi diqqəti çəkir.

Ölkə rəhbərinin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə mühüm amil olan ictimai-siyasi sabitlik, vətəndaş sülhü həmrəyliyi qorunub saxlanılmışdır. Ümummilli lider Heydər Əliyevin müəllifliyi ilə müəyyənləşdirilən balanslaşdırılmış xarici siyasət kursunun davamlığının təmin olunması nəticəsində ölkəmizin sivil dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlər beynəlxalq təşkilatlarla münasibətləri yeni müstəvidə inkişaf etdirilmişdir.

Azərbaycan bu gün Şərqlə Qərbi birləşdirən bütün optimal nəqliyyat-kommunikasiya xətlərinin, habelə neft-qaz boru kəmərlərinin keçdiyi əlverişli tranzit məkan kimi təkcə Avropa üçün deyil, həm Uzaq Şərq üçün strateji əhəmiyyət kəsb edir. Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə boru kəmərlərinin şaxələndirilməsi respublikamızın bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməsini təmin etmişdir. Bu gün Azərbaycan bütövlükdə MDB Avropa məkanında heç bir ölkədən enerji asılılığı olmayan, müstəqil siyasət yeridən azsaylı dövlətlərdən biridir. Bununla yanaşı, respublikamız regional beynəlxalq əhəmiyyətli layihələri daxili imkanları hesabına maliyyələşdirmək gücündə olduğunu sübut etmişdir.

Azərbaycan Qərbdə yalnız zəngin neft qaz ehtiyatları ilə deyil, həm demokratiyaya, liberal dəyərlərə, insan vətəndaş hüquq azadlıqlarına sadiqliyi ilə tanınmaq əzmini sübuta yetirmişdir. Avropa Şurasının tamhüquqlu üzvü olan respublikamızın avrostrukturlara inteqrasiya prosesində ATƏT, Avropa Birliyi, NATO kimi təşkilatlarla sıx əməkdaşlığı hüquqi dövlət vətəndaş cəmiyyəti quruculuğu prosesinin dönməzliyinə etibarlı təminat kimi qiymətləndirilir. 2011-ci ildə respublikamızın sivil dünyanın hüquqi-siyasi atmosferinin müəyyənləşməsində mühüm rolu olan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi bütövlükdə müasir tariximizin ən əlamətdar, qürur doğuran hadisələrindən biri kimi yadda qalmışdır. Bu tarixi hadisə ilk növbədə rəsmi Bakının son dərəcə sabit uğurlu, eyni zamanda sivil birgəyaşayış normalarına əsaslanan tarazlı xarici siyasət yürütdüyünü bir daha təsdiqləməklə yanaşı, müstəqil Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun parlaq təcəssümü kimi dəyərləndirilə bilər.

Cənab İlham Əliyevin ulu öndərin təkmil siyasət məktəbində yetişmiş peşəkar diplomat kimi praqmatik, müasir lider imicinə malik olması, müasir dünya reallıqlarını düzgün qiymətləndirməsi, qlobal proseslərə xalqın mənafeyinə uyğun nüfuz etmək bacarığı, respublikanı qısa zamanda bölgədə bütövlükdə Avropa məkanında nüfuzlu dövlətə çevirməsi onun həm daxildə, həm ölkə hüdudlarından kənarda ciddi siyasi dəstək almasına zəmin yaratmışdır.

Xatırladaq ki, bir müddət əvvəl Filippində nəşr olunan Asiya qitəsinin inkişaf etmiş ölkələrində həyata keçirilən uğurlu islahatları, dövlət başçılarının fəaliyyətini əks etdirən, geniş oxucu kütləsinə malikBizNewsAsiajurnalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyeviİlin adamıelan etmişdi. Həmçinin Prezident İlham Əliyev Türkiyənin nüfuzluEkovitrinjurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticəsinə görə türk dövlətləri, Orta Asiya Cənubi Qafqazda “10 ilin dövlət adamıseçilmişdi. Dünyanın 40 ölkəsinin 50-dən artıq universitetini təmsil edən 170-dən çox gənc arasında canlı 10 minə yaxın tələbə arasında onlayn keçirilən sorğuya əsasən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İƏT coğrafiyasındaİlin dövlət başçısıseçilməsi bütün sahələrdə əldə edilən uğurlara verilən yüksək qiymətdir.

RəyMonitorinq Mərkəzinin bu ayın əvvəlində ölkə üzrə keçirdiyi ictimai rəy sorğusunun nəticələri diqqəti cəlb edir. Cavablardan görünür ki, əgər prezident seçkiləri keçirilsəydi, səsvermə məntəqələrinə yollanacaq respondentlərin tam əksəriyyəti, yəni 89,7 faizi səslərini hazırkı dövlət başçısı İlham Əliyevə verərdi. “İlham Əliyev sizin kimi insanların maraqlarına cavab verirmisualına respondentlərin 86 faizə yaxınıbəli, cavab verir” (tam ya qismən), cəmi 3 faizixeyr, cavab vermir”, bir o qədəri isəəsasən cavab vermirdeyə bildirib. Qalan 8 faiz respondent bu sualı cavablandırmaqda çətinlik çəkib.

Ölkə əhalisinin 73 faizi Azərbaycan Prezidenti postunda İlham Əliyevə alternativ görmür. Sorğu həmçinin göstərib ki, prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, rəyi soruşulanların əksəriyyəti (61 faiz) birmənalı olaraq səsverməyə qatılardı. Daha 22 faizyəqin ki, iştirak edərdimcavab variantını seçib. Səsverməyə getməyəcəklərini deyən respondentlər isə 9 faiz təşkil edib. Qalan 8 faiz cavab verməkdə çətinlik çəkib.

Göründüyü kimi, ölkə həyatının bütün sahələrində əldə olunan uğurlar beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında da təqdir olunur respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır. Bu isə deməyə əsas verir ki, Heydər Əliyev ideyalarını hər sahədə uca tutan, onları praktik şəkildə gerçəkləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət daha böyük uğurların əldə olunacağına gətirib çıxaracaq.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2015.- 31 iyul.- S. 1.