Fransalı deputat ilk Avropa Oyunları ərəfəsində Azərbaycanın üzləşdiyi qarayaxma kampaniyasını kəskin tənqid edib

 

Fransa Milli Assambleyasının deputatı, Fransa-Azərbaycan Dostluq Qrupunun vitse-prezidenti, xarici əlaqələr komitəsinin üzvü Altkirş şəhərinin meri Jan-Lük Raytzerin “Le TrombinoscopejurnalındaAvropa Oyunları Bakıda: Fransa tərəfi niyə bu qədər dözümsüzdür?” adlı məqaləsi dərc olunub. Bu barədə Avropa Azərbaycan Cəmiyyətindən AZƏRTAC-a bildirilib.

Müəllif yazır: “Mən ötən illər ərzində dəfələrlə Azərbaycanda, Bakıda olmuşam. Sonuncu dəfə isə orada iyunun 12-də qitəmizdə ilk dəfə keçirilən Avropa Oyunlarının açılış mərasimi zamanı olmuşam. Nümayəndə heyətimizin qarşılanması zamanı göstərilən qonaqpərvərlik nümunəvi xidmət, Bakının onun arxitekturasının transformasiyası, onuİşıqlar şəhərin”nə çevirən işıqların orijinallığı gözəlliyi məni heyrətləndirdi. Lakin bunlardan da çox mənə Azərbaycan xalqının entuziazmı şövqü böyük təəssürat bağışladı.

Açılış mərasimi möhtəşəm təsirli idi, burada ölkənin tarixi müasirliyi ustalıqla birləşdirilmişdi.

Lakin paralel olaraq böyük fransız mediasının I Avropa Oyunlarının işıqlandırılmasında göstərdiyi dözümsüzlük məni çox məyus etdi, hətta hiddətləndirdi. Azərbaycanla bağlı bir çox çirkin məqalələr oxudum...”

Müəllif qeyd edir ki, biz Azərbaycanın 2001-ci ildən Avropa Şurasının, o cümlədən Avropa İttifaqınınŞərq TərəfdaşlığıProqramının ATƏT-in üzvü olması faktına etinasızlıq göstərməməliyik. Azərbaycana təzyiq kampaniyası, heç şübhəsiz, bütün regionun sabitlik qalası, hər kəsə dünyəvilik dini tolerantlıq nümunəsi olan, əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən bu Cənubi Qafqaz ölkəsini cəsarətləndirmək üçün heç yaxşı vasitə deyil. Bu ölkədə kişi qadınlar təhsil almaqda bərabər hüquqlara malikdirlər. Minlərlə gənc azərbaycanlı təhsil almaq üçün xaricə, xüsusilə Böyük Britaniyaya Fransaya göndərilir.

Azərbaycan həyata keçirdiyi islahatları öz nəhəng investisiyaları ilə yoxsulluq səviyyəsini ciddi şəkildə azaltmağa nail olub. Bu rəqəm hazırda 4,9 faizdə qərarlaşıb. Fransanın bəzi regionları bu nailiyyətə həsəd aparar.

Vurğulanır ki, Avropa Oyunları Ermənistandan İsrailə kimi onlarla ölkədən olan 20 müxtəlif idman növü üzrə yarışan 6 min atleti bir araya gətirdi. Oyunlar xalqın qürur birlik daşıyıcısı oldu. Avropa Oyunları özündən sonra hədsiz dərəcədə böyük pozitiv irs qoyacaq. Bu möhtəşəm tədbir Azərbaycanı minlərlə əcnəbiyə təqdim etdi, onlara Azərbaycanın əsl reallıqlarını görmək, buradakı qonaqpərvərlik insanların istiqanlılığı ilə tanış olmaq imkanı yaratdı.

Azərbaycan Avropa Oyunları ilə bir çox maneələri dəf etdi. Ölkədə yalnız iki il yarım ərzində yüksək keyfiyyətli infrastruktur inşa edildi. Azərbaycan bir daha göstərdi ki, Rusiya, İran Türkiyə kimi ölkələrlə əhatə olunmasına baxmayaraq o, əsas regional oyunçudur. Nəhayət, Azərbaycan ən yüksək səviyyədə beynəlxalq idman yarışlarını təşkil etmək bacarığını göstərdi.

Fransalı deputat məqaləni bu fikirlərlə bitirir: “Mənim arzum nədir ? Arzum odur ki, fransız xalqı mediası bu gözəl ölkəyə səyahət etmək üçün açılış mərasimi ruhundan yola çıxsın. Öz müstəqilliyini qorumaq, Avropa xüsusən Fransa ilə əlaqələrini möhkəmləndirmək istəyən şəxslər bu ölkə ilə bağlı təcrübə yaşayarkən yaxud ən azı danışarkən öz obyektivliklərini intellektual vicdanlarını ortaya qoysunlar”.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 31 iyul.- S. 7.