Avropa Olimpiya Komitəsi Avropa Oyunlarına qarşıdakı yay olimpiadaları üçün təsnifat yarışları statusu verilməsinə nail olmaq niyyətindədir

 

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki 2019-cu ildən başlayaraq Avropa Oyunları çərçivəsində idmanın müxtəlif növləri üzrə bir sıra çempionatların keçirilməsinə onlara qarşıdakı yay olimpiadaları üçün təsnifat yarışları statusunun verilməsinə nail olmaq niyyətindədir.

P.Hikki deyib: “Çox ümid edirəm ki, iki qərar qəbul ediləcək. Birinci qərar idmanın bir sıra növləri üzrə Avropa Oyunlarının artıq bu il, məsələn, cüdo kimi, bizim Oyunlara daxil edilməsi ideyasının bəyənilməsinə, ikincisi isə bu yarışların sadəcə qitə oyunlarına deyil, Olimpiya Oyunlarına çıxmağa imkan verən yarışlara çevrilməsinə aiddir. Bu, çox ağlabatan olardı xeyli vəsaitə qənaət etməyə imkan verərdi”.

Xatırladırıq ki, bu il iyunun12-dən 28-dək Azərbaycanda tarixdə ilk Avropa Oyunları keçirilib. İdmanın 20 yay növü üzrə turnirdə Avropanın əlli ölkəsindən təqribən 6 min idmançı yarışıb, 253 dəst mükafat, o cümlədən Rio-de-Janeyroda keçiriləcək Olimpiadaya 15 birbaşa vəsiqə oynanılıb.

 

Azərbaycan.- 2015.- 31 iyul.- S. 7.