ABŞ, İngiltərə, Rusiya Ukrayna musiqiçiləri Qəbələ VII Beynəlxalq Musiqi Festivalında uğurla çıxış ediblər

 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə keçirilən VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 30-da Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan, ABŞ, İngiltərə, Rusiya Ukraynanın tanınmış skripka, violonçel pianoçularının konserti olub.

AZƏRTAC xəbər verir ki, “Kiyev solistləriMilli Kamera Ansamblının bədii rəhbəri, “Candia Piano Trio” Ansamblının təsisçisi olan ukraynalı Aleksey Yaskonun (skripka), bir çox beynəlxalq festival müsabiqələrin iştirakçısı ingiltərəli Tomas Blaxın (piano), rusiyalı Aleksandr Rojdestvenskinin (skripka), “Yeni RusiyaDövlət Simfonik Orkestrinin dirijoru, “Grammy” mükafatı laureatı olan violonçel ifaçısı, Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Dmitri Yablonskinin (ABŞ-Rusiya), Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadənin, P.İ.Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyasının müəllimi, bir sıra beynəlxalq müsabiqələrin qalibi Taras Yaropudun (skripka), Ukraynanın “Chamber Art Music” Beynəlxalq Festivalının bədii rəhbəri Yuri Poqorejskinin (violonçel) tanınmış pianoçu Oksana Yablonskayanın (ABŞ-Rusiya) iştirak etdiyi konsertdə Avropa bəstəkarlarının əsərləri səsləndirilib. Konsertdə böyük ustalıqla ifa olunan P.İ.Çaykovskinin, Ç.Koreanın, G.Eneskunun, L.V.Bethovenin klassik əsərləri musiqisevərlərin zövqünü oxşayıb.

Xatırladaq ki, iyulun 30-31-də Qəbələ səhnəsindəMoskva virtuozlarıKamera Orkestrinin konsertləri olacaq. Həmçinin iyulun 31-də festival çərçivəsində təşkil edilən III Qəbələ Beynəlxalq Piano Müsabiqəsinin qaliblərinin konserti tədbirin bağlanış mərasimi keçiriləcək.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 31 iyul.- S. 8.