Azərbaycan Prezidenti İlham Əliyev Bakı Şəhər bulvarının açılışında iştirak edib

 

İyunun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva Bakı Ağ Şəhər bulvarının açılışında iştirak ediblər.

Yeni Şəhər bulvarı” layihəsi çərçivəsində işlər yüksək səviyyədə həyata keçirilib. Bu bulvar əvvəllər paytaxtın “Qara şəhər” kimi tanınan və bir çox sənaye müəssisələrinin yerləşdiyi ərazisində Prezident İlham Əliyevin tapşırığı ilə ən müasir standartlara uyğun şəkildə salınıb.

Prezident İlham Əliyev bulvarın rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısının Sərəncamı ilə inşa olunan Bakı Şəhər bulvarının uzunluğu 2,7 kilometr, sahəsi 33 hektardır. Burada gələcəkdə Uşaq kinoteatrının inşası da nəzərdə tutulub. Yeni bulvarda basketbol, voleyboliki futbol meydançası, ümumilikdə dörd yeni meydança inşa edilib. Bundan başqa, açıq havada yaradılan trenajor sahəsi də istirahətə gələnlərin ixtiyarına veriləcək.

Prezident İlham Əliyev təməli qoyulduğu ilk gündən başlayaraq Şəhər bulvarında həyata keçirilən inşaat işlərinin gedişi ilə mütəmadi maraqlanıb, layihənin yüksək keyfiyyətlə icra olunmasına şəxsən nəzarət edib.

Burada istirahət edən sakinləri salamlayan Prezident İlham ƏLİYEV dedi:

-Necəsiniz? Necə istirahət edirsiniz?

SAKİNLƏR: Çox sağ olun. “Son zəng”lə bağlı istirahət edirik.

Prezident İlham ƏLİYEV: Çox yaxşı. Burada yeni yol açılıb, köhnə bulvar Şəhər bulvarı ilə birləşib.

SAKİNLƏR: Bəli, çox sağ olun.

Azərbaycan Prezidenti xanımı sakinlərlə xatirə şəkli çəkdirdilər.

Yeni bulvarın inşası ekologiyası bərpa edilən sənaye zonasında həyata keçirilən dünyanın ən iri müasir layihələrindən biri olacaqBakı Şəhərlayihəsini tamamlayır. Bundan başqa, bu layihənin reallaşması paytaxtımızın simasını daha da gözəlləşdirir. Bu bulvardakıBulvar Hotel”dən Bayıl bulvarındakı Bakı Su İdmanı Sarayının qarşısınadək xüsusi qatarlar da hərəkət edəcək. Qatarların bulvar boyu bir neçə yerdə dayanacağı olacaq.

Şəhər bulvarında infrastruktur ən müasir tələblər səviyyəsində yaradılıb. Bu nəhəng istirahət guşəsi sürətlə böyüyən inkişaf edən Bakının görməli gəzməli yerlərinə yeni bir ünvan da artırdı.

Bakı Şəhər bulvarı Şəhərdən Xəzərə açılan mənzərəni xüsusi bir yaraşıqla daha da cazibədar edir. Belə müasir istirahət məkanının dünyanın diqqət mərkəzində olan birinci Avropa Oyunları ərəfəsində istifadəyə verilməsi şəhərimizə gələn turistlərin istirahətini yüksək səviyyədə təmin etmək üçün şərait yaradır. Bu layihə bir daha onu göstərir ki, Bakının inkişafı ilə bağlı qarşıya qoyulan bütün məqsədlərə vaxtında və keyfiyyətlə nail olunur.

 

Azərbaycan.- 2015.- 2 iyun.- S.1-2.