Azərbaycan Prezidenti İlham Əliyev London
şəhərinin Lord merinin
başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də
Böyük Britaniyanın London şəhərinin Lord meri
Alderman Alan Yarrounun başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib.
London şəhərinin Lord meri Alderman Alan Yarrou ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını dedi. O, birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin önəmini qeyd etdi. Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisi və konfransında iştirak edəcəyini bildirən Alderman Alan Yarrou tədbirdə ölkəsinin Baş naziri adından çıxış edəcəyini vurğuladı.
Dövlətimizin başçısı ölkələrimiz arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə yaxşı tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu dedi. Prezident İlham Əliyev Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisi və konfransının artıq ənənəvi olaraq hər il keçirildiyini və tədbirə marağın ildən-ilə artdığını məmnunluqla qeyd edərək Böyük Britaniya Baş nazirinin sərgi və konfransa göstərdiyi diqqəti yüksək qiymətləndirdi. Son illər ölkəmizdə gedən sürətli inkişaf proseslərinə toxunan dövlətimizin başçısı paytaxtda böyük quruculuq işlərinin həyata keçirildiyini, müasir infrastrukturun və istirahət obyektlərinin yaradıldığını bildirdi.
Görüşdə ölkələrimiz
arasında əməkdaşlığın genişləndirilməsində
bp-nin xüsusi rolu vurğulandı və əlaqələrimizin
daha da inkişaf
etdirilməsi üçün
yaxşı imkanların olduğu diqqətə
çatdırıldı.
Azərbaycan. - 2015.- 2 iyun.- S.2.