Azərbaycan Prezidenti İlham Əliyev İraqın neft
nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də
İraqın neft naziri Adil Əbdülmehdinin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib.
Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev əməkdaşlığımızın genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Dövlətimizin başçısı enerji sahəsində əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsinin zəruriliyini vurğuladı.
Ölkəsinin Azərbaycan ilə dost münasibətdə olduğunu deyən İraqın neft naziri Adil Əbdülmehdi əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən neft-qaz və digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu diqqətə çatdırdı.
Görüşdə bu gün Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə
İraqın Neft Nazirliyi
arasında imzalanan memorandumun
energetika sahəsində əməkdaşlığın
inkişaf etdirilməsi baxımından
önəmi qeyd olundu.
Azərbaycan. - 2015.- 2 iyun.- S.2.