İvitsa Daçiç : Helsinki Yekun
Aktının prinsiplərinə əməl etmək və ikili standartlardan uzaq durmaq lazımdır
İyunun
1-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya Baş
nazirinin müavini və xarici işlər naziri İvitsa
Daçiç ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, təkbətək və geniş tərkibli görüşlərdən sonra birgə mətbuat konfransı keçirilib.
Elmar Məmmədyarov deyib ki, görüşdə Azərbaycan ilə Serbiya arasında ikitərəfli strateji əməkdaşlıq məsələləri, xüsusilə siyasi, iqtisadi əlaqələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələr aparılıb.
E. Məmmədyarov İ. Daçiçin bu səfərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hansısa irəliləyiş olacağını gözlədiyini bildirib. Qeyd edib ki, bütün tərəflər münaqişənin həllində maraqlıdır. Həmsədr ölkələr də çalışırlar ki, bu məsələ artıq yerindən tərpənsin. Yaxın vaxtlarda münaqişənin həlli üçün olmasa da, hansısa yol seçilməsi ilə bağlı görüş keçirilə bilər. Təbii ki, bu, Minsk qrupu formatı çərçivəsində olacaq. Azərbaycan münaqişənin həlli ilə bağlı son sənədlər üzərində tam şəkildə işləməyə hazırdır.
E. Məmmədyarov görüşdə serbiyalı həmkarından Yerevana səfər edərkən azərbaycanlı girovların azad edilməsi məsələsinə toxunmağı xahiş etdiyini bildirib.
Cənubi Qafqazın Avropanın sabitliyi üçün əhəmiyyətli region olduğunu deyən İvitsa Daçiç ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin mahiyyətindən xəbərdar olduğunu bildirib. İ. Daçiç qeyd edib ki, münaqişənin yeganə həlli yolu sülh yoludur. O, ATƏT-in xüsusi nümayəndəsi və Minsk qrupu vasitəsilə uzunmüddətli həllə nail olunacağına inandığını qeyd edib. Vurğulayıb ki, Minsk qrupu ölkələrinin də xüsusi öhdəliyinə və buna sadiqliyinə ehtiyac var. Onlar atəşkəs haqqında sazişdən irəli gələn tələblərin tam icrasına nail olmalıdırlar.
İ.Daçiç qeyd edib ki, Serbiya özü
də münaqişədən əziyyət çəkib və
Dağlıq Qarabağ münaqişəsinin
ağır nəticələrini çox
yaxşı başa düşür,
ölkələrin ərazi bütövlüyü
məsələsinə də həssaslıqla yanaşır.
ATƏT-in fəaliyyətdə olan sədri
vurğulayıb ki, Helsinki
Yekun Aktının prinsiplərinə əməl
etmək və ikili standartlardan
uzaq durmaq
lazımdır. O, Ermənistanda keçirəcəyi
görüşlərdə bir sıra təşəbbüslər
irəli sürəcəyini, azərbaycanlı girovların tez bir zamanda
geri qaytarılması məsələsini
qaldıracağını diqqətə çatdırıb.
Azərbaycan. - 2015.- 2 iyun.- S.9.