Fransa XİN: Rəsmi Paris Dağlıq Qarabağın müstəqilliyini
tanımır
“Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı Fransanın
mövqeyi aydın və dəyişməzdir: Biz
Dağlıq Qarabağın müstəqilliyini
tanımırıq və özünü oranın hakim dairələri
kimi təqdim edən şəxslərlə heç bir əlaqəmiz
yoxdur”.
AZƏRTAC xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Roman Nadal bu fikri nazirlikdə keçirilən mətbuat konfransında bildirib.
Nazirliyin sözçüsü rəsmi
Parisin bu mövqeyini jurnalistin Azərbaycanın
işğal altındakı ərazilərində
Ermənistan tərəfindən qeyri-qanuni
yaradılmış separatçı rejimin
mayın 3-də “parlament seçkiləri”
keçirməsi və “Dağlıq Qarabağ
respublikası” “prezidenti”nin
Fransaya səfəri, bu
səfər çərçivəsində bir neçə fransız şəhərləri
ilə “dostluq xartiyaları” imzalanmasına
münasibət bildirməsi ilə bağlı sualı
cavablandırarkən açıqlayıb.
Azərbaycan. - 2015.- 2 iyun.- S.9.