Nyu-Yorkda Aida Mahmudovanın fərdi sərgisi açılıb

 

Xəbər verdiyimiz kimi, Nyu-Yorkun (ABŞ) “Leila Heller” Qalereyasında tanınmış azərbaycanlı rəssam, YARAT Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudovanın “Ötüb keçərkən...” ("Passing By…") adlı fərdi sərgisi açılıb. Mayın 28-də saat 18.00-20.00-da Nyu-York, 25-ci küçə (W), 568 ünvanda sərginin açılışı münasibətilə təntənəli qəbul olub.

Sərginin açılışının Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 97-ci ildönümü gününə - mayın 28-nə təsadüf etməsi rəmzi məna daşıyıb. Məhz həmin gün Yaxın Şərqdə ilk dəfə Azərbaycanda demokratik respublika yaradılıb. Bu barədə danışan Aida Mahmudova deyib: “Çox şadam ki, mənim sərgimin açılışı bu fərəhli günə təsadüf edib”.

Sərginin açılışı Nyu-Yorka xas olan demokratik formatda keçib. Tədbirdə hökm sürən sərbəstlik rəsmi nitqin mərasimlərin olmamasını artıqlaması ilə kompensasiya edib. Geniş sərgi məkanında sərbəst hərəkət edən qonaqlar təqdim olunan əsərləri vəcdlə müzakirə edib həvəslə təəssüratlarını bölüşüblər.

Tanınmış rəssam Şirin Neşat deyib: “Mən Aidanı YARAT-ın banisi kimi tanıyıram. Bu gün onun əsərlərini özüm üçün kəşf etdiyimə görə çox xoşbəxtəm. Əsərlər çox güclü təəssürat oyadır. Əminəm ki, sərgi Nyu-Yorkda böyük uğur qazanacaq. Burada rəngkarlığı çox sevirlər!”.

İlya Kabakovun xanımı, rəssam Emiliya Kabakova bildirib: “Bu, böyük ölçülü tablolardan ibarət mənalı əhəmiyyətli sərgidir. Xüsusən, Venesiyada YARAT-ın layihəsini görəndən sonra bu sərgiyə gəlmək lap xoşdur. Çünki həmin layihə Biennalenin ən yaxşı layihələrindən biri idi. Çox təəssüf edirəm ki, İlya mənə qoşulub həmin sərgini görə bilmədi. Amma onun üzrlü səbəbi vardı. Biz Aidanı ürəkdən təbrik edirik!”

Yazıçı-tənqidçi, “ArtNEt.com” portalının baş redaktoru Bencamin Qenoççio söyləyib: “Əsərlər heyrətamizdir mənə daha çox Abşeron mənzərələrini xatırladır. YARAT-ın tədbirlərindən birində iştirak etmək üçün iki il yarım əvvəl Bakıda olmuşam. Amma o vaxt Aidanın studiyasında ola bilməmişəm. Buna görə indi onun Bakının ruhu hopmuş əsərlərini görmək mənə çox xoşdur. Hesab edirəm ki, o, şəhərin bəzən unudulan mənzərəli guşələrini görməyə öz əsərlərində onların estetikasını əks etdirməyə nail olub”.

Qalereya sahibi Leila Heller deyib: “Mənzərə özlüyündə universal hadisədir, rəssamların əsərlərində dəniz ağaclara tez-tez təsadüf olunur. Amma Aidanın tablolarında məhz Azərbaycanın, Abşeronun Bakının bədii obrazları aşkar görünür”.

Rəssam Ağa Useynov qeyd edib: “Nümayiş etdirilən “Passing By...” layihəsində mənzərə işlərindən üçölçülü obyektlərdən ibarət instalyasiyalar harmonik şəkildə uzlaşıb: ideya, onun təhlili, işlənib hazırlanması mükəmməl reallaşması. Təkrarlar yaxın keçmişdən olan sitatlar əsrində tamaşaçı Aidanın əsərlərində güclü eyniyyəti özünəməxsus iti baxışı olan rəssam görür. Onun emosional gerçək ekspressionizmi ilə seçilən mənzərə əsərləri diaqramlarla təqdim olunur. Burada rəssam xatirələrini, duyğularını, bizi əhatə edən qəribə ecazkar dünyaya reaksiyasını bacarıqla canlandırır”.

Qeyd edək ki, azərbaycanlı rəssam Aida Mahmudova Sent Martins İncəsənət Dizayn Mərkəzi Kollecinin məzunudur. Azərbaycan Avropada çoxsaylı rəsm sərgilərinin iştirakçısı, hal-hazırda isə ABŞ-da fərdi sərgisini təqdim edir. İtalyan rəssam kurator Piyetro Finelli məqalələrindən birində Nyu-Yorkun Çelsi rayonunu müasir incəsənətdə fenomenal layihə adlandırıb. Bu günlər Aida Mahmudovanın “Passing By...” instalyasiyası bu nadir layihənin bir hissəsinə çevrilib”.

Professor Nərgiz Paşayeva deyib: “Zənnimcə, qızım Aidanın danışmaqdan göstərməkdən çox bacaran çalışqan insanlardan olduğunu desəm, yanılmaram. O, kiçik yaşlarından şəkil çəkir. Amma əsas məsələ bu deyil. Axı, uşaqlıqda hətta sonralar da, demək olar, hamı şəkil çəkir. Amma uzun illər Londonda yaşayan təhsil alan Aida burada əldə etdiyi akademik, nəzəri baza biliklərini anadan gəlmə rəssamlıq istedadı ilə uyğunlaşdırmağı bacaran əsl peşəkardır. Mənim üçün əsas məsələ budur ki, indi onun özünü rəssam adlandırmağa tam mənəvi hüququ çatır. Bu, birdən-birə baş verməyib. O, bütün şüurlu həyatı boyu bu məqsədə doğru addım-addım yol qət edib, demək olar, 20 il usanmadan öz üzərində çalışıb. Mən insanlarda peşəkarlığı kimliyindən asılı olmadan öz peşəsinə davamlı təmənnasız məhəbbəti çox yüksək qiymətləndirirəm. Rəssam, yaxud avtobus sürücüsü olsun, əgər o, peşəkardırsa, həmişə daha artığına layiq olmağa haqqı var. Peşəkar heç vaxtBax, bunu etməyi bacarmıram, bunu bilmirəm, ona görə bunu etməyəcəyəmdeməkdən çəkinmir, qorxmur daimMən bacararam, mən istəyirəm mən edəcəyəmdeyən qeyri-peşəkarlardan da elə bununla fərqlənir.

Mən şadam ki, Aida ciddi, çalışqan peşəsində özünə tənqidi yanaşan insandır. Onun yanında özünü arxayın hiss edirsən, çünki uğurlarını o, özü qazanıb. Nyu-York sərgisi bunu bir daha göstərdi sübuta yetirdi. Mən gördüm ki, dünyanın müasir incəsənət mərkəzi olan bu şəhərin peşəkar çevrələri onu orada rəssam kimi tam obyektiv qəbul edib qiymətləndirdilər. Sərgidə çoxları Aidanın mənim qızım olduğunu bilmirdilər, yaxınlaşıb onu yaxından tanıyıb-tanımadığımı soruşur, əsərlərini gerçəkdən səmimiyyətlə tərifləyir, rəssam kimi təqdir edirdilər. Bu gün mən onu tərifləmək istəyirəm. Xüsusən ona görə ki, mən bunu tez-tez etmirəm onaAfərin!” deyirəm”.

Vernisaja muzey təsisatların nümayəndələri, tənqidçilər, qalereya sahibləri, tanınmış rəssamlar diplomatik şəxslər gəliblər. Tanınmış rəssamlar Şirin Neşat, Şodja Azəri, Əfruz Amiqi, Emiliya Kabakova, Vaşinqtondakı Hirşhorn Muzeyinin direktoru Melissa Çiu, sənətşünaslıq doktoru Şiva Balaqi, “Barbara Gladstone” Qalereyasının direktoru Karolin Luçe dünya art-birliyinin digər nümayəndələri qonaqlar arasında olublar. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov da qonaqlar arasında olublar. Açılışı qeyd etməyə üç yüzdən çox adam toplaşıb.

Sərgi mətbuatın diqqət mərkəzində olub: Endi Uorxollun 1969-cu ildə təsis etdiyiInterview” jurnalı rəssamdan böyük müsahibə alıb, nüfuzluPaperMagresursuÖtüb keçərkən...” sərgisini Nyu-Yorkun on ən yaxşı sərgisi siyahısına daxil edib.

Sərgi iyulun 3-dək davam edəcək.

Ötüb keçərkən...” ("Passing By…") sərgisində Aida Mahmudovanın 8 irihəcmli rəsm tablosu təqdim olunur. Əvvəlki əsərləri kimi, bu əsərlər də nostalji hisslər və yaddaş mövzusunda qurulub. Aida Mahmudova öz yaradıcılığında təbiətdən və anadan olduğu, hazırda yaşadığı və çalışdığı Azərbaycandan, Abşeron mənzərələrindən ilham alır. Bu rəsm silsilələrində Mahmudova sanki anilik ideyasını araşdırır. Əsərlər daimi və sürətli dəyişikliklərə məruz qalan bir arxa planı - Azərbaycanın təbii şəraitini, şəhər mühitinin lirik ab-havasını görməyə və hiss etməyə imkan verir. Əgər kimsə İslam memarlığı tarixi qalıqlarının yanında parlaq, yeni tikintilərin təzadlı mənzərəsini görmək istəyirsə, Aida Mahmudova, əksinə olaraq, diqqəti şəhər mərkəzlərinin ətrafında olan sadə, lakin formaca mükəmməl tikililərə cəlb edir. Belə ki, bu tikililər təbiətin təmiz rəngləri ilə qovuşur və vəhdət yaradır. Mahmudova bu diqqətdənkənar yerli və bəzən unudulan mənzərələri əsərinin ön planına yerləşdirməklə, Vətəninin müxtəlifliyini təsvir edir. Onun zərif nostalji hisslər ilə aşıb-daşan əsərlərində şəhər və Abşeron mənzərələri ilə əlaqədar sosial-antropoloji baxışlar öz əksini tapır.

Aida Mahmudovanın əsərlərinin mərkəzində onun yaddaşı, bu yaddaşın şəxsiyyətlə əlaqəsi və bu iki məfhumun daim dəyişməsi və zaman keçdikcə yenidən yaddaşlara qayıda bilməsi durur. Aida Mahmudova deyir: "Rəsmlərimdəki səhnələr mənim üçün şəxsi əhəmiyyətə malikdir; onlarda Bakıdakı məkanlarla, xatırladığım və təsəvvür elədiyim yerlər bir araya gəlir. Hər bir mənzərə daim dəyişən arxa plandakı sabitlik anını əks etdirir”. Beləliklə, rəssamın əsərlərində təxəyyül və reallıq arasındakı təzad abstraktfiqurativ formaların birləşməsi yolu ilə yaradılır və nəticədə, eyni zamanda, həm cəlbedici olan, həm də çaşqınlıq hissi doğuran rəsmlər meydana çıxır.

Aida Mahmudovanın əsərlərini sərgiləyən “Leila Heller” qalereyası Nyu-Yorkun Çelsi rayonunda yerləşir və öz məşhurluğu və nüfuzu ilə bütün dünya incəsənət aləmində tanınır. Qalereya Yaxın Şərq və Orta Asiyanı təmsil edən adları müasir incəsənət (art) məkanında, dünyada tanıtmaq, dəstəkləmək, təbliğ etmək kimi missiyalar yerinə yetirir. Bunun nəticəsi olaraq, qalereyanın təmsil etdiyi rəssamlar dünyanın art-məkanında artıq məşhur adlardır. Onların əsərləri bir çox muzeylərdə - LondonunViktoriaAlbertMuzeyi, Nyu-YorkunMetropoliten”, ParisinGeorge Pompidou” Mədəniyyət Mərkəzində sərgilənir. Eləcə də həmin rəssamların yaratdığı əsərlər bir çox mədəni təsisatlarda və şəxsi kolleksiyalarda yer alıb.

Aida Mahmudova 1982-ci ildə Bakı şəhərində anadan olub. Hazırda burada yaşayır və işləyir. Aida Sent Martins İncəsənət və Dizayn Mərkəzi Kollecinin məzunudur. Çoxsaylı sərgilərdə, o cümlədən 56-cı Venesiya Biennalesində VITA VITALE qrup sərgisində iştirak edib. Rəssamın heykəltəraşlıq instalyasiyaları və rəsmləri bir çox beynəlxalq sərgilərdə nümayiş etdirilib, onun əsərləri dünyanın müxtəlif yerlərində fərdi kolleksiyalarda saxlanılır. Aidanın “Recycled” kompozisiyası Bakı Bulvarında nümayiş etdirilir. Onun heykəltəraşlıq instalyasiyaları və rəsmləri beynəlxalq sərgilərdə nümayiş etdirilib: “Here Today”, “Old Sorting Office”, London; “SevirSevmir” (Love Me, Love Me Not), 55-ci Venesiya Biennalesi; Bakıya Uçuş (Fly To Baku), London, Paris, Berlin, Moskva, Roma; “Birləşən Körpülər” (Merging Bridges), Müasir İncəsənət muzeyi, Bakı, Azərbaycan. Aida Mahmudova 2011-ci ildən YARAT Müasir İncəsənət Məkanının təsisçisi və bədii rəhbəridir. YARAT Azərbaycanda müasir incəsənətin ictimai dərki və onun ölkə daxilində və beynəlxalq səviyyədə təbliğ olunması ilə məşğuldur. Sonuncu 56-cı Venesiya Biennalesində YARAT “Odla suyun birliyi” (The Union of Fire and Water) layihəsini təqdim edib.

Sərgi: “Ötüb keçərkən...” (“Passing By…”)

Ünvan: Leila Heller Qalereyası, Nyu-York, 568 West 25th Street, NY 10001

Tarixlər: 28 May – 3 İyul 2015

http://www.leilahellergallery.com/

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-York

 

Azərbaycan. - 2015.- 2 iyun.- S.10.