Professor Castin
Makkarti: Ermənilər
terror və cinayətlərdən
vasitə kimi istifadə edirlər
Amerikalı professor Castin Makkarti Vyanada fəaliyyət göstərən “Bilirdinizmi?” (“Did You Know”) dərnəyində təşkil
olunan toplantıda “Ermənilər terror və
cinayətlərdən vasitə
kimi istifadə edirlər” mövzusunda məruzə ilə çıxış edib.
Birinci Dünya müharibəsində Osmanlı
dövlətinin Balkanlarda,
Yaxın Şərqdə
və Qafqazda hərbi təcavüzlərə
qarşı döyüşlər
apardığını diqqətə
çatdıran C. Makkarti
bildirib ki, 1912-1921–ci illərdə Osmanlı ərazisində gedən hərbi qarşıdurmalarda
üç milyon müsəlman, yüz min erməni həlak olub. O, tarixi faktlara istinad edərək bildirib ki, ermənilər uydurduqları yalanlardan doğan məqsədlərə
çatmaq üçün
terror və cinayətlərdən
vasitə kimi istifadə edirlər.
Saxta “erməni soyqırımı”
iddialarına münasibət
bildirən professor Castin
Makkarti deyib: “Bu, tamamilə yalandır. “Soyqırımı”na məruz qaldıqları iddia edilən ermənilərin sayı o
dövrdə yaşamış
bütün ermənilərin
sayından qat-qat artıq göstərilir. Digər tərəfdən, xəstəlik,
aclıq və digər səbəblərdən
ölən insanları
qətlə yetirilmiş
kimi təqdim etmək ədalətsizlikdir.
Müharibə vəziyyətinin acınacaqlı hallarına
uyğun olaraq o vaxt aclıq, xəstəlik və səfalətdən müsəlmanlar
ermənilərdən dəfələrlə
çox itki veriblər”.
Amerikalı alim salondakı erməni əsilli iştirakçıların bütün
təxribatçı suallarına
tutarlı cavablar verib.
Türkiyəli diplomat Əmrə Qaragöl ermənilərin türk diplomatlarına qarşı
kütləvi terrorlar
törətdikləri barədə
məlumat verib. O deyib ki, təkcə Vyanada üç türk diplomat erməni vandalları tərəfindən
vəhşicəsinə qətlə
yetirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Azərbaycan. - 2015.- 2 iyun.- S.12.