Azərbaycan I Avropa Oyunlarını ən yüksək səviyyədə təşkil edəcək

 

 

Müasir dövrümüzdə hər bir ölkəni beynəlxalq aləmdə əhəmiyyətli edən əsas məqamlardan biri onun nüfuzuimicidir. Bu kontekstdən çıxış edən dünyanın mötəbər təşkilatları da hansısa ölkədə öz tədbirlərini keçirərkən onun maddi imkanları, infrastrukturu və digər resursları ilə yanaşı, qlobal miqyasda mövqelərini də nəzərə alırlar. Bu mənada indiyədək Azərbaycanda çoxlu sayda beynəlxalq siyasiiqtisadi tədbirlər keçirilib.

 

Beynəlxalq tədbirlər üçün ideal məkan

 

Bu sıraya müxtəlif mövzulu konfransları, simpoziumları, forumları da aid etmək olar. Bunlar göstərir ki, bütövlükdə Azərbaycan beynəlxalq tədbirlər üçün ideal məkandır. Hələ üç il əvvəl “Eurovision” mahnı yarışmasını ən yüksək səviyyədə təşkil etməklə Azərbaycan istənilən beynəlxalq tədbirə uğurla ev sahibliyi etmək iqtidarında olduğunu dünyaya nümayiş etdirmişdi. Eyni fikirləri idman yarışları barədə də demək olar. İndiyədək respublikamızda onlarla beynəlxalq idman yarışı keçirilib. Bütün ölkələrin və idman təşkilatlarının təmsilçiləri Azərbaycanın ev sahibliyindən razılıqlarını ifadə ediblər. Azərbaycanın dinamik inkişafına uyğun olaraq ölkəmizin dörd bir yanında Olimpiya idman kompleksləri, idman qurğuları, stadionlar inşa olunubbu davam etdirilir, həmçinin ölkənin turizm potensialı möhkəmləndirilir.

Elə buna görə Azərbaycanın artıq Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyən dövlət kimi qətiyyətli mövqe ortaya qoyması təbii sayılmalıdır. Dünyada gedən qlobal inteqrasiya proseslərinin sürətləndirilməsindəki rolu, irqindən, dinindən asılı olmayaraq müxtəlif millətlərin nümayəndələrini bir araya toplayaraq onların ədalətli oyun prinsipləri əsasında idman mübarizəsinə qoşulmasını təmin etməsi ilə seçilən Olimpiya Oyunları beynəlxalq həyatın ən möhtəşəm və mötəbər tədbiridir. Bu tədbirdən heç bir dövlət kənarda qalmır, Olimpiya Oyunlarında layiqincə təmsil olunmağa çalışır. Olimpiya Oyunlarında göstərilən nəticə yalnız dövlətin idman həyatının deyil, onun iqtisadi potensialının, ictimai, sosial-mədəni həyatının göstəricisidir. Olimpiya Oyunlarında qazanılan yüksək nəticələr beynəlxalq miqyasda ölkənin imicini qaldırmaqla yanaşı, onun imkanlarını da nümayiş etdirir.

 

Azərbaycana göstərilən böyük etimad

 

Azərbaycan Prezidenti İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinə rəhbərliyindən sonra Olimpiya Oyunlarında möhtəşəm uğurlara imza atan, Beynəlxalq Olimpiya Hərəkatına özünün layiqli töhfələrini verən Azərbaycan ictimaiyyəti hazırda növbəti tarixi hadisə ərəfəsindədir. Cəmi bir neçə gündən sonra respublikamız tarixdə ilk dəfə keçiriləcək I Avropa Oyunlarına ev sahibliyi edəcək. Miqyasına və əhəmiyyətinə görə Olimpiya Oyunlarına bərabər olan I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərar 2012-ci ilin dekabrında İtaliyanın paytaxtı Romada Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında qəbul edilmişdi.

Ümumiyyətlə, çoxsaylı idman növlərinin təmsil olunduğu beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək hər bir ölkənin arzusudur. Amma o da məlumdur ki, hər ölkə bu cür idman yarışlarını təşkil etmək imkanında deyil. Bunun üçün mükəmməl idman infrastrukturu, o cümlədən sayı on minlərlə ölçülən idmançıları və xarici qonaqları yerləşdirmək üçün imkanlar olmalıdır. Bu baxımdan dörd ildən bir keçirilən Yay Olimpiya Oyunları məhz bu imkanlara malik ölkələrdə təşkil olunur. Azərbaycanın ev sahibliyi edəcəyi Avropa Oyunları isə Avropanın tarixində birinci dəfə keçiriləcək. Ölkəmizin böyük tarixi uğuru olan bu qərarın qəbul edilməsində bir neçə amil öz rolunu oynamışdı. Bunlar Azərbaycanın artan beynəlxalq nüfuzu, idman ölkəsi kimi tanınması, sosial-iqtisadi inkişafı, hər sahədə infrastrukturun müasir tələblər səviyyəsində yenidən qurulması və s. idi. Odur ki, dünyada təsis edilən sonuncu qitə yarışının ilk dəfə Azərbaycanda keçirilməsi ölkəmizin Beynəlxalq Olimpiya Hərəkatına verdiyi töhfələrin nəticəsi və göstərilən böyük etimaddır. Ən əsası Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Avropa Olimpiya Komitəsinin bu qərarı böyük tarixi hadisədir: “2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyasının 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul etməsi böyük tarixi hadisədir. Avropa tarixində ilk dəfə təşkil olunan bu oyunların məhz Azərbaycana həvalə edilməsi Beynəlxalq və Avropa Olimpiya Hərəkatı tərəfindən ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə verilən yüksək qiymətdir”.

 

Yüksək təşkilatçılıq nümunəsi

 

Prezident İlham Əliyev 2013-cü il 17 yanvar tarixində “I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” sərəncam imzaladı. Sərəncama əsasən, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın sədrliyi ilə Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsi yaradıldı.

Yaxşı xatirimizdədir ki, hələ 2012-ci ildə Bakıda keçirilən 57-ci “Eurovision” mahnı müsabiqəsinin ən yüksək səviyyədə təşkili bütün Avropada etiraf olundu. O zaman Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin fəaliyyəti nəticəsində hazırlıq işləri bir ildən də az vaxt ərzində həyata keçirildi, mahnı yarışması ən yüksək səviyyədə təşkil edildi. Yarışmanın keçirilməsi ilə bağlı hər istiqamət üzrə plan hazırlanmışdı və həm şounun təşkili, həm də müsabiqəyə hazırlıqla bağlı işlər sürətlə aparıldı. Avropa Yayımları Birliyinin mütəxəssisləri də görülən işləri yüksək qiymətləndirdilər. Mahnı yarışmasının yüksək səviyyədə təşkili və keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun daha da yüksəlməsinə təkan verdi. Azərbaycan 2012-ci ildə bu müsabiqəyə yüksək səviyyədə ev sahibliyi etməklə bütün Avropaya ideal təşkilatçılıq və yüksək qonaqpərvərlik örnəyi oldu.

Bu baxımdan I Avropa Oyunları ilə bağlı yaradılan Təşkilat Komitəsinə məhz Mehriban xanım Əliyevanın rəhbərlik etməsi hazırlıq və təşkilati işlərin ən yüksək səviyyədə həyata keçiriləcəyindən xəbər verirdi. “Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə, o cümlədən Avropadünya çempionatlarında, “Eurovision-2012” mahnı müsabiqəsində əldə etdiyimiz təcrübəyə əsaslanaraq, I Avropa Oyunlarının da ən yüksək səviyyədə keçirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyikbütün gücümüzlə çalışacağıq ki, göstərdiyiniz etimadı doğruldaq”. Bu sözləri I Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva komitənin hələ ilk iclasında söyləmişdi. O zaman qarşıda cəmi iki il yarımdan da az vaxt var idi. Olimpiya Oyunlarında isə bu müddət azı 8 il olur. Müddətin az olmasına baxmayaraq, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi hazırlıq işlərini ən yüksək səviyyədə başa vurub. Bu dövrdə Bakıda 5 yeni və möhtəşəm idman qurğusu inşa edilib. Bu müddətdə Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı, Bakı Atıcılıq Mərkəzi və Velopark inşa olunub. Yarışların keçiriləcəyi digər idman kompleksləri ən müasir standartlar səviyyəsində yenidən qurulub. Bu günlərdə Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın açılışında iştirak etdikləri I Avropa Oyunlarının Atletlər və Media kəndləri dünyada idman ölkəsi kimi tanınan, Olimpiya hərəkatına dəstəyi dövlət siyasətinin əsas istiqamətlərindən biri seçən Azərbaycanın uğurlu inkişafının göstəricisidir.

Yay Olimpiya Oyunlarının keçirilməsində artıq böyük təcrübə mövcuddur. Bununla bağlı Beynəlxalq Olimpiya Komitəsinin demək olar ki, hər bir sahə üzrə təlimatları, qaydaları mövcuddur. I Avropa Oyunları isə ilk dəfə keçirildiyindən heç bir təlimat və təcrübə yox idi. Belə olan halda bütün məsuliyyət, təşkilati məsələlərin yoluna qoyulması Azərbaycanın üzərinə düşürdü. Lakin son iki ilin reallıqları ondan ibarətdir ki, Azərbaycan bütün bunların öhdəsindən layiqincə gəlib. Bu mənada Azərbaycan həm də sonuncu qitə yarışı olan Avropa Oyunlarının keçirilməsi qaydalarını və standartlarını müəyyən edib.

 

“Atəşgah”dan alovlanan məşəl

 

Artıq hazırlıq işləri ən yüksək səviyyədə başa çatıb və hazırda bütün diqqət I Avropa Oyunlarının məşəlinin səyahətinə yönəlib. Bu gün Azərbaycanın nəbzi bu möhtəşəm idman tədbiri ilə döyünür. I Avropa Oyunlarının ab-havası təkcə Bakıda deyil, respublikanın dörd bir yanında hiss olunur. Aprelin 26-da “Atəşgah” məbədində Prezident İlham Əliyevin alovlandırdığı I Avropa Oyunlarının məşəli Azərbaycanın şəhər və rayonlarında gəzib-dolaşır. Məşəl keçdiyi bütün şəhər və rayonlarda böyük bayram sevinci ilə qarşılanır. Ölkəmizin idmançılarından, ictimai fəallarından ibarət olan məşəlçilər məşəli bir-birinə ötürərək dünyaya idman vasitəsilə sülh, əmin-amanlıq və dostluq mesajını verirlər. Hər bir rayonda məşəl böyük coşqu ilə qarşılanır, minlərlə vətəndaşımız Avropa Oyunlarının həyəcanını yaşayır. O cümlədən, Azərbaycanı qarış-qarış gəzən məşəlin estafetini izləyənlər, beynəlxalq ictimaiyyət respublikamızın sosial-iqtisadi yüksəlişindən bir daha agah olur.

İndi hər kəs məşəlin yürüşünü izləməklə səbirsizliklə bu möhtəşəm idman hadisəsinin başlayacağı tarixi gözləyir. Hazırlıq prosesində görülən işlər göstərir ki, Azərbaycan I Avropa Oyunlarını ən yüksək səviyyədə keçirəcək və bu Oyunların təşkilatçısı olan ilk ölkə kimi adını tarixə layiqincə yazacaq. Bütövlükdə I Avropa Oyunlarının Bakıda təşkili ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına, dünya idman aləmində önəmli yer tutmasına, turizm baxımından cəlbediciliyinə təkan verəcək. Bütün dünyaAvropa bir daha Azərbaycanın yüksəlişini, keçdiyi inkişaf yolunu, xalqımızın qonaqpərvərliyini görəcək.

I Avropa Oyunları ərəfəsində fəallaşan antiazərbaycançı şəbəkə yenə də ölkəmizə qarşı qara piar kampaniyasını işə salıb. Bəli, Avropa Oyunları ilə əlaqədar tikilən bütün idman qurğuları xalqımıza miras qalacaq. Bu, Azərbaycan vətəndaşlarının sağlamlığına, firavan və keyfiyyətli həyat tərzinə qoyulan sərmayədir. Bu, Prezident İlham Əliyevin xalqımızın daha xoşbəxt gələcəyinə hesablanmış uzaqgörən və müdrik siyasətinin nəticəsidir. Antiazərbaycançı şəbəkənin ünsürləri də bunu başa düşürona görə Avropa Oyunlarına qarayaxmaya cəhd göstərirlər. Lakin belə məkrli niyyətlər keçmişdə də puç olub, indiiflasa məhkumdur.

Qarşıdan isə IV İslam Həmrəyliyi Oyunları gəlir. 2017-ci ildə Azərbaycan bu Oyunlara ev sahibliyi etməklə növbəti möhtəşəm uğura imza atacaq. Belə ki, bununla Azərbaycan Avropa Oyunlarına, həm də İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edən yeganə ölkə kimi tarixə düşəcək. I Avropa Oyunlarından sonra IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə təşkili Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın beynəlxalq idman yarışları ilə yanaşı, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa, o cümlədən multikulturalizmə verdiyi töhfələri nümayiş etdirəcək.

 

Natiq CAVADOV,

“Sənayeavtomatika” İstehsalat Birliyinin baş direktoru, texnika elmləri doktoru, professor, Beynəlxalq və Azərbaycan Mühəndislik Akademiyasının akademiki

 

Azərbaycan. - 2015.- 2 iyun.-  S.7.