Bakıda “Caspian Oil and Gas 2015” və
“Caspian Power 2015” sərgiləri açılıb
İyunun
2-də Bakı Ekspo Mərkəzində Xəzəryanı
regionunun energetika sektorunun ən mühüm tədbiri sayılan 22-ci Azərbaycan
Beynəlxalq “Xəzər
Neft və Qaz 2015” (“Caspian Oil and Gas 2015”) və
5-ci yubiley Xəzər
Beynəlxalq Energetika və Alternativ Enerji (“Caspian Power 2015”) sərgiləri
açılıb.
AZƏRTAC
xəbər verir ki, “Xəzər Neft və Qaz
2015” sərgisində 27 ölkədən
315 şirkət iştirak
edir və onların 80 faizi dünyaca məşhur şirkətlərdir. Milli qruplar
üçün pavilyonlar
əsasən Böyük
Britaniya, Almaniya, İtaliya, Çin, Rusiya, Türkiyə və Çexiyaya aiddir. Sərgidə
MDB və Şərqi
Asiyadan olan şirkətlərin sayı
isə bu il xeyli
artıb. Sərginin baş sponsoru
Azərbaycan Respublikası
Dövlət Neft Şirkətidir (SOCAR). Tədbirin baş
media tərəfdaşı isə “Caspian Energy International Media Group” şirkətidir.
“Xəzər Neft
və Qaz 2015” sərgisinin ekspozisiyası
neft hasilatı və enerji daşıyıcılarının nəql edilməsi sahəsində innovativ texnologiyalar, neft və qazın saxlanması sistemlərinin
təmin edilməsi, beynəlxalq əməkdaşlığın
inkişaf etdirilməsi
imkanları və sair tematik bölmələrdən
ibarətdir. Sərginin ayrılmaz atributu
isə texnoloji innovasiyaların nümayiş
etdirilməsidir. Bu il sərginin həm daimi, həm də yeni iştirakçıları
neft hasilatı sahəsində öz innovativ texnologiyalarını,
neft-qaz sahəsində
İT texnologiyalarını, qazmanın tamamlanmasından
sonra quyuların təmizlənməsi texnologiyalarını
təqdim edirlər.
“Caspian Power 2015” sərgisinin iştirakçılarının coğrafiyası isə Azərbaycan, Belarus, Rumıniya,
Türkiyə və digər ölkələri
əhatə edir. Sərginin
iştirakçıları arasında energetika texnologiyaları üzrə
aparıcı təchizat
şirkətləri – “Alce
Elektrik”, “Ardich elektrik”, “Electroalfa”, “Germen
Electronic”, “Goknur”, “Nobel Electric”, “Schneider
Electric”, “STP”, “Vitta”, Kozlov
adına Minsk Elektrotexnika
Zavodu və digər müəssisələr
yer alır. Sərgidə kommersiya şirkətləri
ilə yanaşı, Azərbaycan Respublikasının
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi də iştirak edir.
Sərginin ekspozisiyası çərçivəsində
elektrik enerjisinin texniki və kommersiya uçotu üzrə avtomatlaşdırılmış
sistemlər, işıq
diodlar, günəş
batareyası panelləri,
işıq diodlu
(“LED”) indikatorlar, işıqlandırma
qurğuları, müxtəlif
kabel məhsulları,
kommutasiya-paylayıcı aparatlar,
enerjiyə qənaət
edən müasir işıqlandırma sistemləri,
transformatorlar, izolyatorlar,
elektrik açarları
və digər məhsullar təqdim olunur.
“Caspian
Power 2015” sərgisi elektroenergetika
sənayesinin aparıcı
nümayəndələri ilə
görüşmək, elektroenergetika
üzrə ən son texnoloji nailiyyətlər və inkişaf strategiyası ilə tanış olmaq, eləcə də yeni səmərəli və qarşılıqlı
faydalı əməkdaşlıqlar
qurmaq və bu əlaqələri genişləndirmək, habelə
perspektiv müqavilələr
imzalamaq üçün
unikal imkan yaradır.
Hər iki sərgi iyunun 6-dək davam edəcək.
Sərgilərin təşkilatçıları
qismində “Iteca Caspian”
və “ITE Group” şirkətləri
çıxış edirlər.
Azərbaycan. - 2015.- 3 iyun.- S.11.