Daxili Qoşunların I Avropa Oyunlarında xidmətə hazırlığı yoxlanılıb

 

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının (DQ) I Avropa Oyunlarında xidmətə hazırlığı yoxlanılıb.

Daxili Qoşunların xidmətə cəlb olunan hərbi qulluqçuları ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsində qarşıya qoyulmuş tapşırıqların icrasına başlayıb.

İyunun 12-dən 28-dək idmanın 20 növü üzrə keçiriləcək I Avropa Oyunlarına ev sahibliyi etmək şərəfli olduğu kimi, məsuliyyət də tələb edir. Yarışların yüksək səviyyədə keçirilməsi üçün qarşıya qoyulmuş bütün tələblərdən irəli gələn tədbirlər artıq yekunlaşıb. Bu baxımdan yarışlar ərəfəsində və dövründə ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsinə digər güc strukturları ilə yanaşı, cəlb olunan Daxili İşlər Nazirliyinin Daxili Qoşunları da şəxsi heyətin hazırlığı və bütün təminatı üzrə qarşıya qoyulan mühüm tapşırıqları tam yerinə yetirib.

DQ-nin mətbuat xidmətindən bildiriblər ki, bu məqsədlə, daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov tərəfindən Daxili Qoşunların Bakıda yerləşən 2 hərbi hissəsində I Avropa Oyunları zamanı ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinə cəlb olunan hərbi qulluqçuların hazırlığı, geyim təminatı, xüsusi avadanlıq və vasitələrlə təchizatı, eləcə də avtomobilxüsusi texnikaların vəziyyəti yoxlanılıb.

General-leytenant Ş.Məmmədova məruzə olunub ki, hərbi hissələrin şəxsi heyəti Oyunlar zamanı qarşıya qoyulmuş tapşırıqların təmin edilməsində xidmətə tam hazırdır. Qeyd edilib ki, yarışların keçiriləcəyi ərazilərə xüsusi icazəsi olmayan şəxslərin və avtomaşınların daxil olmasının, eyni zamanda, baş verə biləcək digər xoşagəlməz halların qarşısının alınması tam yerinə yetiriləcək. Belə ki, xidmətin təşkili ilə əlaqədar müvafiq plan-hesab hazırlanıb, əməliyyat qərargahları yaradılıb. Hərbi hissə komandanlıqlarının xidmətaparma yerləri ilə əyani tanışlığı təmin edilib. Daxili Qoşunların bütün şəxsi heyəti ilə I Avropa Oyunlarının tarixi əhəmiyyəti və siyasi mahiyyəti barədə, xidmət zamanı davranış xüsusiyyətləri ilə əlaqədar söhbətlər aparılıb. Həvalə olunmuş obyektlərin mühafizəsi, nəzarət-buraxılış məntəqələrində buraxılış rejiminin təmin olunması üzrə xüsusi məşğələlər keçirilib.

Yarışlarda iştirak edəcək vətəndaşları xüsusi aparatlarla yoxlamaq məqsədilə DQ-nin hərbi qulluqçuları ilə polis orqanlarının əməkdaşlarına birlikdə müvafiq kurslar keçirilib. Buraxılış rejimini təmin edəcək qadın hərbi qulluqçularla 45 günlük ingilis dili kursları təşkil olunub. Bununla yanaşı, styuard xidmətinin aparılmasına cəlb olunacaq şəxsi heyət və qadın hərbi qulluqçuların xüsusi geyim forması ilə, perimetr boyu xidmət aparacaq hərbi qulluqçuların isə xüsusi önlüklərlə təminatına baxış keçirilib. Hələ 2014-cü ilin sonundan etibarən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə təşkil olunmuş kurslarda təlim keçmiş mühəndis-istehkam qruplarının da təminatına və təchizatına diqqət yetirilib. Daha sonra xidmət aparılan zaman əməliyyat qərargahları, köməkçi əməliyyat qərargahları, eləcə də Daxili Qoşunların Baş İdarəsində Baş İdarəetmə Mərkəzi ilə dayanıqlı rabitənin təşkil edilməsi üçün rabitə avadanlığına baxış keçirilib.

Xidmətin daha yüksək səviyyədə təşkil olunması üçün yeni müasir avadanlıq, texnikaxüsusi avtomobillər alınıb. Yarışlar zamanı şəxsi heyətin daşınması üçün əsasən iritutumluortatutumlu avtobuslardan istifadə olunacaq. Həmçinin şəxsi heyətin keyfiyyətli ərzaqla təmin olunması üçün xüsusi soyuducuların da istifadəyə hazırlığı yoxlanılıb.

Komandan Daxili İşlər Nazirliyinin xidmətlərinin, ərazi polis orqanlarının, nizami polis hissələrinin və Daxili Qoşunların hərbi qulluqçularının fəaliyyətinin əlaqələndirilməsi, tədbirin təşkilatçıları, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqələrin təşkili istiqamətində cavabdehlik daşıyan məsul vəzifəli şəxslərə konkret tapşırıqlarını verib.

Sonra daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-leytenant Ş.Məmmədov şəxsi heyət qarşısında çıxış edib.

I Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayan komandan diqqətə çatdırıb ki, belə mötəbər beynəlxalq turnirlərin məhz Azərbaycanda reallaşması heç də təsadüfi deyil: “Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində respublikamız dünyada müasir, sabitdinamik inkişaf edən ölkə kimi tanınır. Daxili sabitliyinictimai asayişin hökm sürdüyü ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artmaqdadır”.

I Avropa Oyunlarının ilk dəfə respublikamızda keçirildiyi üçün ölkəmizin dünyanın diqqət mərkəzində olacağını deyən Daxili Qoşunların komandanı Oyunlar zamanı təhlükəsizlik tədbirlərinə son dərəcə məsuliyyətlə yanaşılmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, müasir tarixə əlamətdar hadisə kimi düşəcək ilk Avropa Oyunları Azərbaycanın yeniyetmə və gənclərinin idmana cəlb olunmasında çox böyük rol oynayacaq. Eyni zamanda, Avropa Oyunları ölkəmizin dünyada daha da tanınmasına və böyük inam qazanmasına gətirib çıxaracaq.

Çıxışının sonunda Daxili Qoşunların I Avropa Oyunları zamanı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə xidmətə tam hazır olduğunu diqqətə çatdıran general-leytenant Ş.Məmmədov şəxsi heyətə çətin və məsuliyyətli işdə uğurlar arzulayaraq göstərilən etimadı doğruldacağına əminliyini ifadə edib.

 

AZƏRTAC

 

Azərbaycan. - 2015.- 3 iyun.- S.10.