KommersantBakıda keçiriləcək I Avropa Oyunları haqqında

 

 

RusiyanınKommersantqəzetinin “Guide” adlı əlavəsinin növbəti buraxılışı Bakıda keçiriləcək I Avropa Oyunlarına həsr olunub.

Qəzet Azərbaycanın gənclər idman naziri, “Bakı-2015” I Avropa Oyunlarının Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad RəhimovunOyunlar ölkənin həyatını dəyişəcəksərlövhəli məqaləsini oxuculara təqdim edir. Nazir “Bakı-2015” Oyunlarına hazırlıq prosesindən ətraflı bəhs etdiyi məqalədə yazır: “Azərbaycan hökuməti idmanı ölkənin iqtisadi sosial inkişafının mühüm tərkib hissəsi hesab edir. Oyunların Bakıda keçirilməsi Prezident İlham Əliyevin Avropada Azərbaycanın tutduğu mövqeyə baxışını əks etdirir ölkənin sağlam həyat tərzinin təbliğinə yönəldilmiş siyasətinin tərkib hissəsidir”.

“Bakı-2015” Oyunları Azərbaycanın - zəngin mədəni irsi olan bir ölkənin özünəməxsusluğunu əks etdirəcək. Oyunlar xüsusi estetik gözəlliyi ilə fərqlənir. Bu işdə Azərbaycanın birinci xanımı “Bakı-2015” Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyevanın misilsiz rolu vardır. O, Oyunlar çərçivəsində müxtəlif mədəni proqramların, o cümlədən Oyunların açılışı bağlanışı mərasimlərinin təşkilində şəxsən iştirak edir. Geyimlərin, medalların talismanların dizaynında onun xüsusi dəst-xətti əks olunub”. Nazirin fikrincə, I Avropa Oyunlarının keçirilməsinə yönəldilən investisiyalar Azərbaycanın 23 illik müstəqilliyi dövründə onun tərəqqisini nümayiş etdirməyə imkan verəcək. A.Rəhimov yazır: “Oyunların keçirilməsi üçün mövcud olan, yaxud bundan əvvəl tikintisi planlaşdırılmış infrastrukturdan maksimum istifadə edildiyi nəzərə alınarsa, “Bakı-2015” Oyunlarına sərf olunan xərclər əslində minimumdur. Biz vəsaitdən ağılla istifadə etmişik, əsas diqqəti milli əmək resurslarının inkişafına yönəltmişik. Bütün bunları nəzərə alaraq möhkəm əminik ki, “Bakı-2015” Oyunları uzunmüddətli perspektivdə ölkəmizə çox böyük fayda gətirəcək”.

Mersi, Bakı!” sərlövhəli məqalənin müəllifi Aleksey Dospexov yazır: “Bakı haqqında çoxdan deyirlər ki, onu mütləq görmək lazımdır, bir şəhər çərçivəsində keçmişlə gələcəyin, rahat qədim məhəllələrlə gözqamaşdırıcı göydələnlərin, Xəzər dənizi sahillərinin təbii gözəlliyi ilə rəngarəng arxitekturanın, patriarxal ənənələrlə yeni dəbli qlobal dəyişikliklərin necə uyğunlaşdırıldığını gözlə görmək lazımdır. Məqalədə Azərbaycanın iqtisadi inkişafından, son illər Azərbaycan idmançılarının əldə etdikləri yüksək nailiyyətlərdən söhbət açılır.

Yüksək əyarlı idmansərlövhəli məqalənin müəllifi Viktor Petrov I Avropa Oyunlarının əsas meydançalarından bəhs edir. Bunlar Heydər Əliyev adına İdman Sarayı, Bakı Atıcılıq Mərkəzi, VMX-Velopark, MingəçevirdəkiKürOlimpiya Tədris-İdman Mərkəzi, Bakı Su İdmanı Sarayı, “Kristal Holl”, Tofiq Bəhramov adına Stadion, Bakı İdman Sarayı, Bakı Olimpiya stadionu, Milli Gimnastika Arenası Atletlər kəndidir.

Metrosprintsərlövhəli məqalədən oxucular Oyunlar zamanı Bakıya necə ilə gedə biləcəklərini öyrənəcəklər.

Anton BorovoyMavi Xəzərin sahilindəsərlövhəli məqaləsində Azərbaycanın qədim abidələrinin tarixindən Bakının görməli yerlərindən yazır.

Əlavədə həmçinin Avropa Oyunlarının rəmzləri barədəOdlar yurdunun sərvətisərlövhəli məqalə yerləşdirilib.

Aleksey Munipov isəKommersant”ın oxucularına Azərbaycanın zəngin nadir mətbəxindən söhbət açır.

 

Fəridə ABDULLAYEVA,

AZƏRTAC-ın xüsusi müxbiri

 

Moskva

 

Azərbaycan. - 2015.- 3 iyun.- S.9.