Abzal SAPARBEKULİ: I Avropa
Oyunlarında azərbaycanlı idmançıların qalibiyyətini
seyr edib qürur duymaq istəyirik
“Bakı-2015” ilk Avropa Oyunları bütün dünyada olduğu kimi, qardaş Qazaxıstanda da diqqət mərkəzindədir. İctimai-siyasi xadimlər və bu ölkədə yaşayan həmvətənlərimiz I Avropa Oyunlarının Bakıda keçirilməsini Azərbaycan xalqının, ölkənin siyasi rəhbərliyinin və bütün türk dünyasının böyük uğuru hesab edirlər. Bakıya gedib I Avropa Oyunlarına baxmaq, azərbaycanlı idmançıların qalibiyyətini seyr etmək, qürur duymaq istəyirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türk Dövlətlərinin Əməkdaşlıq Şurası baş katibinin müavini Abzal Saparbekuli deyib.
O bildirib: “Müstəqil türkdilli dövlətlər Sovet İttifaqının dağılması ilə yeni dövlətqurma mərhələsinə daxil oldular. Təbii ki, bu prosesdə çətinliklərimiz də oldu. Amma hazırkı proseslərə baxsaq görərik ki, bütün türkdilli dövlətlər müstəqilliklərini gücləndirib, iqtisadi, sosial və digər sahələrdə inkişaf nümayiş etdirir”.
Bakıda keçiriləcək I Avropa Oyunlarına bu aspektdən
yanaşdığını vurğulayan A.Saparbekuli deyib: “Mən bunu Azərbaycan
xalqının, ölkənin siyasi liderinin böyük uğuru hesab edirəm. İlk dəfə belə bir
tədbirin keçirilməsi təşəbbüsünün
ortaya çıxması və bunun qardaş Azərbaycanda
reallaşması bütün türkdilli xalqların qürur
mənbəyi, Azərbaycan dövlətinin isə çox böyük uğurudur. Oyunların yüksək səviyyədə
keçməsini arzulayıram. Hesab edirəm
ki, bu tədbir Azərbaycanın
idman sahəsində qazandığı
nailiyyətləri daha da
gücləndirəcək. Bildiyiniz kimi, Qazaxıstan da
“EXPO-2017”yə ev sahibliyi
edəcək və bu, bizim
ortaq uğurumuzdur.
Bakıya gedib I Avropa
Oyunlarına baxmaq, azərbaycanlı
idmançıların qalibiyyətini seyr
etmək, qürur duymaq
istəyirik. Azərbaycan idmançılarını əvvəlcədən
təbrik edir, uğurlar
diləyirəm”.
Azərbaycan. - 2015.- 3 iyun.- S.9.