Avropa Oyunları Azərbaycan intibahının indiki mərhələsinin zirvəsidir

 

 

İdman və bədən tərbiyəsi nəzəriyyələrində, elmi ədəbiyyatda bu anlayışlar həm dar, həm də geniş mənalarda işlədilir. Bədən tərbiyəsi və idman dar mənada şəxsiyyətin mədəniyyətinin bir hissəsi olmaqla insanın öz hərəkət fəaliyyətindən səmərəli istifadə edərək fiziki keyfiyyətlərinin inkişaf etdirilməsi kimi başa düşülür. Geniş mənada isə idman və bədən tərbiyəsi cəmiyyətin mədəniyyətinin üzvi hissəsi kimi insanların fiziki imkanlarının inkişafının təmin edilməsinə yönəldilmiş, elmi, texniki və təcrübi nailiyyətlərin vəhdəti nəticəsində yaradılmış xüsusi vasitə və üsul anlamında qəbul olunur. Lakincür başa düşülməsindən və qəbul edilməsindən asılı olmayaraq dünyamızı idmansız təsəvvür etmək mümkün deyil.

 

Olimpiya oyunları - fiziki qabiliyyətin nümayişisülhün tərənnümü

 

Antik yunan filosofu Aristotel deyib: “Həyat hərəkət deməkdir, su da axmayanda iylənir”. Bu ifadə daşıdığı fəlsəfi yüklə yanaşı, həm də bir həqiqəti agah edir ki, insanın sağlamlığı ilk növbədə onun fiziki tərbiyəsindən keçir. Elə buna görə də fiziki və həm də mənəvi sağlamlığa xidmət hərəkətlərin məcmusu kimi böyük təkamül yolu keçən idmanın hələ qədim və antik dövrlərdən cəmiyyətin zəruri tələbatı kimi özünü göstərməyə başlaması təsadüfi sayılmamalıdır.

Olimpiya oyunları yarandığı ilk vaxtdan fiziki qabiliyyətin nümayişi ilə yanaşı, insanları sülhə, ədalətə çağırdığı üçün cəmiyyətin sağlamlığına və mənəvi saflığa xidmət edir. Olimpiya oyunlarında hakimlər atletləri bu sözlərlə yarışa çıxarırdılar: “Əgər sən məşq etmisənsə və bu böyük yarışlarda iştirak etməyə layiqsənsə, onda mübarizəyə cəsarətlə başla, yox, əgər özünü buna layiq bilmirsənsə, onda dəhşətli biabırçılıqdan yaxa qurtarmaq üçün yarışa girmə və istədiyin tərəfə çıx get”. Bu fəlsəfi ideya insanları cəsarətə, qüdrətli olmağa, bədən tərbiyəsi və idmanla məşğul olmağa, o cümlədən sülhə, ədalətə, daxili saflığa və mənəvi zənginliyə səsləyir. Ona görə olimpiya oyunları dedikdə, idman yarışlarını, idman həyatının insanlara bəxş etdiyi dəyərləri dar mənada yox, geniş, fəlsəfi baxımdan qəbul etmək lazımdır. Bu mənada idman və bədən tərbiyəsinin vacibliyi və əhəmiyyəti fiziki tərbiyə ilə yanaşı, insanın mənəviyyatına və onun kamil şəxsiyyət kimi formalaşmasına təsiri ilə ölçülür.

İlk vaxtlar olimpiya oyunlarında idmançılar yalnız stadionun uzunluğuna bərabər olan 192,27 m (stadiya) məsafə qət etmək üzrə yarışırdılar. Sonralar proqrama ağır hərbi alətlərlə silahlanmış piyadaların qaçışı, güləşmə, uzununa tullanma, nizə və disk atmaq, iri təkərli arabalarda yürüşlər daxil edildi. Oyunlar keçirilən günlərdə incəsənət müsabiqələri keçirilir, mahnılar ifa olunurdu. Herodot, Sokrat, Demosfen, Pifaqor və digər görkəmli şəxslər belə tədbirlərdə həvəslə iştirak etmişlər.

Qədim tarixi olan, lakin sonradan dayandırılmış olimpiya oyunlarının bərpası ideyası məhz insanların fiziki tərbiyəsinə dair yeni axtarışlardan sonra yaranmışdır. Beləliklə, insanların fiziki və mənəvi sağlamlığına xidmət edən ideyaların daşıyıcısı olan olimpiya oyunları əsrlər keçməsinə baxmayaraq, bu günözünün tərbiyəvi əhəmiyyətini itirməmişdir. Antik dövrdən başlayaraq uzun, enişli-yoxuşlu yol keçsə də, müxtəlif maneələrlə rastlaşsa da, zəmanəmizə gəlib çatmış və öz əzəli mahiyyətini qoruyub saxlamışdır.

 

Azərbaycanda idmanın yüksəliş mərhələləri

 

“Kitabi-Dədə Qorquda, “Oğuznamə”yə, “Qabusnamə”yə, dastan və nağıllarımıza, Qobustan qayalarında həkk edilmiş təsvirlərə nəzər salanda məlum olur ki, qədim Azərbaycanda hərbi və fiziki hazırlığa xüsusi diqqət yetirmişlər. Toy mərasimlərində, Novruz bayramında milli fiziki hərəkətlərdən, oyunlardan istifadə etmişlər. Od üstündən tullanmaq, çövkən və s. oyunları buna misal gostərmək olar. O cümlədən, A.Bakıxanovun, M.F.Axundzadənin, M.Kazım bəyin, H.Zərdabinin, N.Nərimanovun və başqalarının tədqiqatlarına istinad edərək deyə bilərik ki, onların yaşadıqları dövrdə Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında mühüm tərəqqi olmuşdur. XX əsrin əvvəllərindən Bakıda idmanın bəzi növləri daha da inkişaf etməyə başlamışdır. 1911-ci ildə Azərbaycanda ilk futbol komandaları yaranmışdır. Həmin dövrdə ingilislərin neft yataqlarına meyil etməsi futbolun inkişafına müsbət və mənfi təsirlərini göstərirdi. Azərbaycan Xalq Cümhuriyyəti və sovet hakimiyyəti quruluşunun ilk vaxtlarında idmana diqqət daha da artırılmışdı. 1920-ci ildə respublikamızda “Sokol” və “Unita”, “Avtomotor”, “Vodnik”, “Reçnik” və s. idman cəmiyyətləri (bu cəmiyyətlər inqilabdan sonra bədən tərbiyəsi birliyinə çevrildi) fəaliyyət göstərirdi.

Azərbaycanda 1920-ci ildə boks, 1921-ci ildə futbol, 1924-cü ildə yunan-Roma güləşi, 1925-ci ildə ağırlıqqaldırma, 1928-ci ildə sərbəst güləş üzrə ilk respublika çempionatı keçirilmişdir. 1936-cı ildə SSRİ Xalq Komissarları Soveti könüllü idman cəmiyyətləri yaradılması haqqında qərar qəbul etdi. Həmin il Azərbaycan LKGİ MK-nın qərarı ilə ayrı-ayrı idman cəmiyyətləri yanında uşaq idman məktəbləri yaradıldı. 1944-cü ildə ağır atletika üzrə keçirilən SSRİ çempionatı Azərbaycan idmançısı Əhməd Məhəmməd oğlunun qələbəsi ilə başa çatdı. Müharibədən sonrakı illərdə Azərbaycan idmançıları güləş üzrə böyük nailiyyətlər əldə etdilər. Voleybolçularımız isə 1957-ci ildə SSRİ Kubokunun sahibi oldular.

Sovet dövründə Azərbaycanda idman və bədən tərbiyəsi özünün inkişaf mərhələsinə ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etməsindən sonra qədəm qoymuşdur. Məhz ulu öndər Heydər Əliyevin sayəsində Azərbaycan idmanının inkişafı və gənc nəslin sağlamlığı üçün əhəmiyyətli addımlar atılmışdır. Ölkədə yeni idman qurğuları inşa edilmiş, spartakiadaların keçirilməsi geniş vüsət almış, bütövlükdə bədən tərbiyəsi və idmanın inkişafı təmin edilmişdir. Bunun nəticəsi idi ki, artıq ötən əsrin 70-80-ci illərində Azərbaycanda idmanın bütün növləri inkişaf etmişdi. İdmanın elə bir sahəsi yox idi ki, Azərbaycan idmançıları istər ittifaq birinciliklərində, istərsə də beynəlxalq turnirlərdə uğur qazanmasınlar.

 

Azərbaycanda Olimpiya hərəkatı

 

Sovet dövründə Azərbaycanda gözəl idman ənənəsi formalaşmışdı və idmançılarımız dünyaittifaq miqyasında tanınırdılar. Lakin müstəqilliyimizin ilk illərindəki böhranlı vəziyyət idmanı da tənəzzülə uğratmışdı. Yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından, Azərbaycan Prezidenti seçilməsindən sonra ölkədə idmana münasibət kökündən dəyişdi.

1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılmasından sonra Azərbaycan idman və bədən tərbiyəsi yeni mərhələyə qədəm qoydu. Müstəqil Azərbaycanın beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. 1996-cı ildə Atlanta Olimpiya Oyunlarında qazanılmış bir gümüş medal o dövrdə ölkəmiz üçün uğurlu nəticə olsa da, yetərli deyildi. Azərbaycan idmansevərləri və idmançıları olimpiya oyunlarında təkcə iştirak etməklə qane olmaq istəmirdilər. Hamı başa düşürdü ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmasında Milli Olimpiya Komitəsi (MOK) daha çox işlər görə bilər. MOK-un 1997-ci il iyulun 31-də keçirilmiş növbəti Baş Məclisində bütün bu məsələlər ciddi müzakirə olundu. Mövcud vəziyyətlə barışmayan Baş Məclis MOK-un İcraiyyə Komitəsinin yeni tərkibini seçdi. Yekdil səsvermə nəticəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev MOK-un prezidenti seçildi.

1997-ci ildə cənab İlham Əliyevin MOK-un prezidenti seçilməsi ilə respublikada Olimpiya hərəkatının və bütövlükdə idmanın inkişafında yeni mərhələnin əsası qoyuldu. İlk növbədə Azərbaycan Olimpiya hərəkatının real vəziyyəti öyrənildi, mövcud problemlər aşkara çıxarıldı. İşə əngəl törədən amillər müəyyənləşdirildi və onları aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlərin görülməsinə başlanıldı. Azərbaycanın olimpiya oyunlarında layiqincə təmsil olunmasını təmin etmək, beynəlxalq əlaqələrin qurulması və MOK-u beynəlxalq olimpiya ailəsində nüfuzlu bir təşkilata çevirmək, idmanın bütün növlərini inkişaf etdirmək, idmançılar üçün təlim-məşq toplanışlarını təşkil etmək, onların sosial vəziyyətini yaxşılaşdırmaq, idmançı uğurunu və əməyini qiymətləndirmək, ölkədə idmanın maddi-texniki bazasıinkişaf etdirmək, beynəlxalq yarışların keçirilməsinin Azərbaycana salınmasına nail olmaq, beynəlxalq və qitə olimpiya komitələrinin, digər beynəlxalq idman qurumlarının tədbirlərinə fəal qoşulmaq, idmanın kütləviliyini artırmaq, uşaq və yeniyetmələri idmana cəlb etmək kimi məsələlər MOK-un fəaliyyətinin əsas istiqamətləri oldu.

Uğurları birdən-birə qazanmaq olmur. Lakin qətiyyət və iradə olan yerdə qarşıda duran məqsədlərə daha tez çatmaq mümkündür. Azərbaycan idmançılarının Sidney zəfəri bunu əyani təsdiq etdi. Cənab İlham Əliyevin MOK-un prezidenti seçilməsindən cəmi üç il sonra - 2000-ci ildə Azərbaycan idmançıları Sidneydə keçirilən yay olimpiya oyunlarında çıxış etdilər və çox möhtəşəm tarixi bir zəfərə imza atdılar. Növbəti illərdə qarşıya qoyulan məqsədlərin öhdəsindən gəlmək və yeni nailiyyətlərə imza atmaq üçün imkanlar səfərbər edildi. Aparılan işlər və qalan müddət ərzində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər Azərbaycanın Afina, PekinLondon olimpiya oyunlarında daha yüksək nailiyyətlərini təmin etdi.

 

“Bakı-2015”: Azərbaycanın idman uğurlarının beynəlxalq etirafı

 

Hər il müxtəlif beynəlxalq yarışların Azərbaycanda keçirilməsi ölkəmizin idman şöhrətini daha da ucaldıb. Ona görə 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinin I Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərarı təsadüfi deyildi. Məlum olduğu kimi, 2012-ci il Azərbaycandaİdman ilielan olunmuşdu. Bu baxımdan Avropa Olimpiya Komitəsinin tarixdə ilk dəfə keçiriləcək həmin möhtəşəm idman tədbiri ilə bağlı qərarı ölkəmizdəİdman ili”ndəki fəaliyyətin bütövlüklə ötən illərdə qazanılan uğurların məntiqi nəticəsi, Azərbaycanın idman uğurlarının beynəlxalq etirafı idi.

Prezident İlham Əliyev 2013-cü il 17 yanvar tarixində “I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqındasərəncam imzalayıb. Sərəncama əsasən, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın sədrliyi ilə 2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsi yaradıldı.

Yay olimpiya oyunlarına ev sahibliyi edəcək dövlətin hazırlıq üçün ən azından 7-8 il vaxtı olur. Azərbaycanın isə Avropa Oyunlarına hazırlıq üçün cəmi iki il yarım vaxtı vardı. Bundan başqa, yay olimpiya oyunlarının keçirilməsində artıq böyük təcrübə mövcuddur Beynəlxalq Olimpiya Komitəsi, demək olar ki, hər bir sahə üzrə öz göstərişlərini verir. Mövcud təlimatlarda hər bir istiqamət üzrə müəyyən edilmiş metodiki qaydalar var. I Avropa Oyunları üçün isə heç bir təlimat təcrübə yox idi. Belə olan halda bütün məsuliyyət, təşkilati məsələlərin yoluna qoyulması Azərbaycanın üzərinə düşürdü. Cəmi iki il ərzində Bakıda yeni idman infrastrukturunun yaradılması Oyunların təşkili üzrə digər işlərin sürətlə vaxtında həyata keçirilməsi göstərir ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi üzərinə düşən işləri layiqincə yerinə yetirib.

Aprelin 26-da Azərbaycanın dünyanın idman tarixində əlamətdar hadisə baş verdi. Həmin gün Bakıda I Avropa Oyunlarının məşəli alovlandırıldı bununla da möhtəşəm idman hadisəsi özünün yeni mərhələlərinə qədəm qoydu. Atəşgahməbədindən alovlanan məşəl hazırda Azərbaycanın hər bir guşəsini gəzib dolaşır.

 

Antiazərbaycançı şəbəkənin planları iflasa məhkumdur

 

Azərbaycanın inkişafı, yüksəlişi, qüdrətlənməsi müəyyən Qərb dairələri tərəfindən hər addımda qısqanclıqla qarşılanır. Biz ölkəmizin tərəqqisindən, xalqımızın rifahının yüksəlməsindən qədər qürur duysaq da, inkişafı müstəqilliyimizi, dövlətçiliyimizi gözü götürməyən antiazərbaycançı dairələr buna qısqanclıqla yanaşır, Azərbaycana qarşı çirkin kampaniyalar aparır, qara piarla məşğul olurlar. Azərbaycanın demokratik imicinə zərbə vurmaq niyyəti ilə bir sıra xarici mətbuat orqanlarında sifarişli yazılar dərc edilir, müxtəlif siyasi güclərin təsiri altında olan qeyri-hökumət təşkilatları obyektivlikdən uzaq bəyanatlar verir, qərəzli çıxışlar edirlər.

Azərbaycan bu möhtəşəm idman tədbirini ən yüksək səviyyədə təşkil edəcək, yüksək səviyyədə başa çatdıracaq. On minlərlə xarici qonaq Azərbaycana gələcək, növbəti dəfə ölkəmizin uğurlarını, inkişafını qonaqpərvərliyini görəcək. Beləliklə, bütün Avropa dünya növbəti dəfə Azərbaycanı daha yaxından izləmək tanımaq imkanı əldə edəcək. Azərbaycanın uğurlarına I Avropa Oyunlarına kölgə salmağa cəhd göstərənlər isə təbii olaraq bu dəfə fiaskoya uğrayacaqlar.

Avropa Oyunları Azərbaycana müxtəlif sahələr üzrə dividendlər gətirəcək. Bunlardan ən birincisi odur ki, Oyunlarla bağlı tikilmiş idman qurğuları Azərbaycana miras olaraq qalacaq. Məlum olduğu kimi, iki il sonra isə Azərbaycan növbəti idman hadisəsinə - IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək.

İndi hər kəs I Avropa Oyunlarının məşəlinin yürüşünü izləyir, səbirsizliklə bu möhtəşəm idman hadisəsinin başlayacağı tarixi gözləyir. Hazırlıq prosesində görülən işlər göstərir ki, Azərbaycan I Avropa Oyunlarını ən yüksək səviyyədə, layiqincə təşkil edəcək və bu, ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına, dünya idman aləmində daha önəmli yer tutmasına şərait yaradacaq. Təcrübə göstərir ki, bu cür beynəlxalq yarışlar ölkəyə turizm axınını da sürətləndirir ki, bu da mühüm iqtisadi dividend deməkdir. Ən əsası, Azərbaycan

I Avropa Oyunlarının keçirildiyi ilk ölkə kimi adını tarixə yazacaq və ölkəmizdə müəyyən olunan modelstandartlar gələcək Oyunların hər birində nümunə olacaq.

 

Hadi RƏCƏBLİ,

Milli Məclisin Sosial siyasət komitəsinin sədri, professor

 

Azərbaycan. - 2015.- 3 iyun.- S.6.