Azərbaycanın Baş
naziri Artur Rasizadə
növbəti müddətə Dövlət Neft
Fondunun Müşahidə
Şurasının sədri seçilib
Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclasında Azərbaycanın Baş naziri Artur Rasizadə növbəti müddətə ARDNF-in Müşahidə Şurasının sədri seçilib.
ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın Baş naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasizadənin sədrliyi ilə keçirilən növbəti iclasda Fondun 2014-cü ildə maliyyə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri və ARDNF-in ötənilki büdcəsinin icrası məsələlərinə baxılıb.
Müşahidə Şurası Dövlət Neft Fondunun İcraçı direktorunun təqdim etdiyi Fondun 2014-cü ildəki fəaliyyəti haqqında illik hesabatına, Fondun ötən ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“Praysvoterhauskupers Audit Azərbaycan” MMC) hesabatına baxaraq onları məqbul hesab edib və ARDNF-in 2014-cü il büdcəsinin icrası layihəsini təsdiq edilmək üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması barədə qərar qəbul edilib.
İclasda Azərbaycanın
Baş naziri Artur Rasizadə növbəti müddətə
Dövlət Neft Fondunun
Müşahidə Şurasının sədri seçilib.
Azərbaycan. - 2015.- 3 iyun.- S.4.