Azərbaycan
Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Zati-aliləri,
Milli bayramınız – Respublika
Günü münasibətilə
Zati-alinizə, Azərbaycan
Respublikasının hökumətinə
və xalqına Malta xalqının adından və şəxsən öz adımdan ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan
məmnunluq duyuram.
Fürsətdən istifadə edib Zati-alinizə möhkəm
cansağlığı və
əmin-amanlıq, xalqınıza
davamlı tərəqqi
arzu edirəm. Ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli əlaqələrin,
o cümlədən neft
və qaz sahəsində əməkdaşlığımızın
daha da güclənəcəyinə
inanıram. Əminəm ki, enerji sahəsində
əlaqələrimiz xalqlarımızın
mənafeyi naminə digər sahələrdə
də əməkdaşlığımızın
inkişafında mühüm
rol oynayacaq.
Hörmətlə,
Xanım Mari-Luiz Koleyro Preka
Maltanın Prezidenti
Azərbaycan. - 2015.- 2 iyun.- S.3.