Azərbaycan
Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Hörmətli cənab Prezident,
Sizi və Azərbaycan xalqını
Respublika Günü münasibətilə Polşa
xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik
edirəm.
Regionda və Avropada sabitliyin və təhlükəsizliyin
gücləndirilməsinə xidmət edən Polşa-Azərbaycan əməkdaşlığının
uğurlu inkişaf perspektivlərinə çox
şadam. Polşa Avropa İttifaqının
Azərbaycan ilə siyasi münasibətlərinin
formalaşmasında maraqlıdır.
Azərbaycanın Avropa İttifaqı
ilə əməkdaşlığın
genişləndirilməsi istiqamətində
səylərini diqqətlə
müşahidə edirik.
Yeni əməkdaşlıq müqaviləsinin
qəbul edilməsinin
Azərbaycan ilə Avropa İttifaqının
münasibətlərində mühüm mərhələ
olacağına əminəm.
Ümidvaram ki, ölkələrimiz arasında mövcud olan əməkdaşlıq
daha da inkişaf
edəcək, dostluq münasibətləri getdikcə
dərinləşəcək.
Möhtərəm cənab Prezident, Sizə və Azərbaycan xalqına uğurlar arzu edirəm.
Ən dərin hörmətlə,
Bronislav Komorovski
Polşa Respublikasının Prezidenti
Azərbaycan. - 2015.- 3 iyun.- S.4.