Azərbaycan
Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Zati-aliləri,
İcazə verin, 28 May - Respublika
Günü münasibətilə
Sizi təbrik edim və ən
xoş arzularımı
çatdırım.
Bu xoş fürsətdən
istifadə edərək,
ölkələrimiz arasında
maraq doğuran bütün sahələr
üzrə əməkdaşlıq
və tərəfdaşlıq
üçün mükəmməl
perspektivlərin olduğunu
əminliklə bildirmək
istərdim.
Bolqarıstan Respublikası Azərbaycan
Respublikası ilə əlaqələrinə yüksək
önəm verir. Sizin 2015-ci ilin
mart ayında Bolqarıstana
rəsmi səfəriniz
zamanı imzalanmış
Strateji Əməkdaşlıq
Bəyannaməsi bunun
bariz sübutudur.
Aprel ayında Sizin
ölkənizə işgüzar
səfərim çərçivəsində
səmərəli danışıqlarımızı
yüksək qiymətləndirirəm.
Bu danışıqların
Bakıda keçiriləcək
birinci Avropa Oyunlarının bağlanış
mərasimi ilə bağlı səfərim
zamanı da davam edəcəyinə ümidvaram.
Dost Azərbaycan xalqına
və şəxsən
Sizə sülh və əmin-amanlıq arzularımı çatdırıram.
Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin.
Hörmətlə,
Rosen Plevneliyev
Bolqarıstan
Respublikasının Prezidenti
Azərbaycan. - 2015.- 3 iyun.- S.4.