Azərbaycan
Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Hörmətli cənab Prezident,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Serbiya
Respublikasının xalqı
adından və şəxsən öz adımdan səmimi təbriklərimi, ölkənizin
tərəqqisi və
xalqınızın rifahı
naminə ən gözəl arzularımı
çatdırmaqdan şərəf
duyuram.
Əminəm ki, birgə səylərimiz nəticəsində
Serbiya ilə Azərbaycan arasında mövcud olan, ənənəvi dostluq və qarşılıqlı
anlaşmaya əsaslanan
əməkdaşlıq münasibətləri
hər iki ölkənin xalqlarının
rifahı naminə daha da inkişaf
edəcək.
Bizə xalqlarımız arasında
mövcud olan dostluq münasibətlərini
möhkəmləndirmək və Serbiya-Azərbaycan əməkdaşlıq əlaqələrini
inkişaf etdirmək üzrə öhdəliklərimizi
bir daha təsdiq etmək şansı verəcək
Avropa Oyunlarının
açılışı ilə bağlı Bakıda baş tutacaq görüşümüzü
səbirsizliklə gözləyirəm.
Cənab
Prezident, Sizə möhkəm cansağlığı,
xoşbəxtlik diləklərimi
və ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Tomislav Nikoliç
Serbiya Respublikasının Prezidenti
Azərbaycan. - 2015.- 3 iyun.- S.4.