Azərbaycan
Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Hörmətli İlham Heydər
oğlu,
Milli bayramınız
- Respublika Günü
münasibətilə tatarıstanlıların
və şəxsən
mənim ən səmimi təbriklərimizi
qəbul edin. Sizə, qardaş
Azərbaycan xalqına
səmimi qəlbdən
möhkəm cansağlığı,
sülh və xoşbəxtlik, dövlətinizin
möhkəmlənməsinə və hərtərəfli
inkişafına yönələn
bütün təşəbbüslərinizdə
uğurlar arzu edirik. Qoy, Azərbaycan xalqının
tarixi yaddaşı birliyin və ictimai həmrəyliyin, hər kəsin bütün ölkənin
rifahı naminə səmərəli, yaradıcı
əməyinin möhkəm
təməlinə çevrilsin.
Məmnunluq hissi ilə qeyd edirəm ki, xalqlarımız arasında dostluq və qarşılıqlı
anlaşma ənənələri
nə zamana, nə də müxtəlif beynəlxalq
qeyri-sabitlik “küləklərinə”
tabe deyil. Biz həmişə olduğu
kimi, Tatarıstan-Azərbaycan
əməkdaşlığını Rusiya və Azərbaycan xalqlarının
rifahı, ümumi sülh naminə genişləndiririk. Bu vacib işə dəstəyinizə görə
Sizə ürəkdən
təşəkkür edirəm
və bundan sonra da bir-birimizi
daim dəstəkləyəcəyimizə
ümidvaram.
Sizə
və Azərbaycan xalqına ən dərin ehtiram hissi ilə,
Rüstəm Minnixanov
Rusiya Federasiyası Tatarıstan
Respublikasının Prezidenti
Azərbaycan. - 2015.- 3 iyun.- S.4.