Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin rəis və
sıravi heyətinin geyim formasının və fərqlənmə
nişanlarının təsvirinin və nümunəsinin təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyinin rəis və sıravi heyətinin
geyim formasının və fərqlənmə
nişanlarının təsviri təsdiq edilsin (Əlavə
I).
2. Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin rəis və
sıravi heyətinin geyim formasının və fərqlənmə
nişanlarının nümunəsi təsdiq edilsin (Əlavə
II).
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn
məsələləri həll etsin.
4.
“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis
və sıravi heyətinin geyim formasının və fərqlənmə
nişanlarının təsvirinin təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il
12 iyun tarixli 1499 nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 6, maddə 515, ¹
7, maddə 622; 2011, ¹ 9, maddə 811; 2013, ¹ 6, maddə 711) 1-ci
hissəsi ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 1 iyun
2015-ci il
Azərbaycan. - 2015.- 3 iyun.- S.4.