“Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunmuş
xatirə pul nişanları tədavülə
buraxılıb
Azərbaycan Respublikasının Mərkəzi Bankı “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunmuş yüksək əyarlı müxtəlif qiymətli metallardan hazırlanmış xatirə pul nişanları tədavülə buraxıb. Xatirə pul nişanları Böyük Britaniyanın “The Royal Mint” Kral Sikkəxanasında hazırlanıb.
Mərkəzi Bankdan
AZƏRTAC-a bildiriblər ki, pul nişanlarının dizayn
mövzusu 5 idman
növünə həsr olunub, üz tərəfində hər bir idman növünün
təsvirləri, arxa tərəfində
isə Azərbaycanın gerbi, aypara və milli ornamentlər
əks etdirilib. Pul
nişanları ən yüksək estetik
tələblərə və beynəlxalq standartlara
uyğun hazırlanıb. Xatirə pul nişanlarının satışı kommersiya bankları və Avropa
Oyunları üzrə satış məntəqələri
vasitəsilə həyata keçirilir.
Azərbaycan. - 2015.- 4 iyun.- S.12.