Ukraynadan “Bakı-2015” I Avropa
Oyunlarına gələn sərnişinlərə güzəştli
bilet təklif edilir
“Dneproavia” kampaniyası I Avropa Oyunlarını nəzərə alaraq iyunun 6-dan etibarən möhtəşəm idman yarışmasında iştirak edəcək idmançıların və azarkeşlərin rahat gediş gəlişini təmin etmək üçün Dnepropetrovsk-Bakı təyyarə reysində xüsusi xidmət növündən istifadə edəcək. “Dneproavia” kampaniyasının Azərbaycan üzrə nümayəndəsi Əziz Əliyevin verdiyi məlumata görə, I Avropa Oyunlarında iştirak etmək üçün Ukraynadan Bakı şəhərinə gələcək hər bir idmançıya və azarkeşə yüksək xidmət göstərmək, onlara Bakının qədim abidələri və müasir istirahət mərkəzləri ilə tanış olmaları üçün informasiya bukletləri paylanılacaq. Kampaniya həmçinin Avropa Oyunlarında iştiraklarını müvafiq sənədlə təsdiq edən sərnişinləri güzəştli biletlər ilə sevindirəcək.
I Avropa Oyunlarının Bakıda keçirilməsini hər bir azərbaycanlının qürur mənbəyi adlandıran Əziz Əliyev qeyd edib ki, “Dneproavia” bu istiqamətdə üzərinə düşən missiyanın öhdəsindən layiqincə gələcək.
Şərqi Ukraynada 2 mindən çox azərbaycanlı tələbə təhsil alır. Bölgədə həmçinin on minlərlə soydaşımız yaşayır. Onlar Ukraynanın Dnepropetrovsk, Xarkov, Zaporojye, Poltava, Sumı və digər şəhərlərindən vətənə gəlib-getmək üçün mütləq hər dəfə əlavə 500-600 km məsafə qət etməklə Kiyevin Borispol hava limanından istifadə edirdilər ki, bu da onlara həm vaxt itkisi, həm də maddi baxımdan baha başa gəlirdi. Biz həmçinin soydaşlarımıza bu istiqamətdə yüksək xidmət göstərməklə, onların vətənə gəlib getməsinin asanlaşdırılmasına da öz töhfəmizi verəcəyik, deyə Əziz Əliyev bildirib.
Qeyd edək ki, Dnepropetrovsk-Bakı təyyarə
reysi ilkin olaraq uçuşlarını iyunun
6-dan başlayaraq hər həftənin bazar günü yerli vaxtla saat
14-00-da Dnepropetrovsk şəhərindən,
19-30-da isə Bakıdan həyata keçirəcək.
Şirkət sərnişinlərin tələbinə uyğun olaraq iyul ayından etibarən reysin
sayını həftədə 2 dəfəyədək
artırmağı nəzərdə tutub.
Azərbaycan. - 2015.- 4 iyun.- S.12.