Azərbaycanın xarici
işlər naziri ATƏT-in fəaliyyəti
başa çatmış Bakı layihə
əlaqələndiricisi ilə görüşüb
Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin
başa çatması ilə əlaqədar ATƏT-in
Bakıdakı layihə əlaqələndiricisi Aleksis
Şahtaxtinski ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Elmar Məmmədyarov Aleksis Şahtaxtinskinin fəaliyyəti müddətində Azərbaycan ilə ATƏT arasında əlaqələrin inkişafına töhfə verdiyini və praktiki əməkdaşlığa xidmət edən layihələrin icra olunduğunu qeyd edib.
Aleksis Şahtaxtinski fəaliyyəti dövründə Azərbaycan ilə ATƏT arasında əlaqələrin inkişafı üçün səylərini əsirgəmədiyini söyləyib.
Elmar Məmmədyarov Aleksis Şahtaxtinskiyə gələcək fəaliyyətində
uğurlar arzulayıb.
Azərbaycan. - 2015.- 4 iyun.- S.10.