Avstraliya parlamentinin deputatları “ADA” Universitetində
olublar
Ölkəmizə səfərə gələn
Avstraliya parlamentinin deputatlarından ibarət nümayəndə heyəti
iyunun 3-də “ADA” Universitetində
olub.
AZƏRTAC
xəbər verir ki, görüşdə
“ADA” Universitetinin prorektoru
Fariz İsmayılzadə
təmsil etdiyi ali məktəbin
fəaliyyəti, beynəlxalq
əlaqələri, burada
həyata keçirilən
layihələr barədə
məlumat verib. Bu ali təhsil
ocağında tədrisin
ingilis dilində aparıldığını qeyd
edən prorektor bunun xarici universitetlərlə
geniş tərəfdaşlıq
imkanları yaratdığını
vurğulayıb. Eyni zamanda,
“ADA” Universitetinin Avstraliya
universitetləri ilə
müəllim-tələbə mübadiləsi, birgə magistratura proqramlarının
həyata keçirilməsində
maraqlı olduğunu söyləyib.
Görüşdən məmnunluğunu bildirən
Avstraliyali deputat Luke
Simpkins Azərbaycanda gedən
sürətli inkişaf
proseslərini yüksək
dəyərləndirib, iki
ölkə arasında
əməkdaşlığın genişləndirilməsinin vacibliyini
vurğulayıb.
Sonra qonaqlar
“ADA” Universitetinin müasir
standartlara cavab verən
tədris korpuslarında tələbələr üçün yaradılan şəraitlə
tanış olublar.
Azərbaycan. - 2015.- 4 iyun.- S.10.