Rezidenturaxüsusi buraxılışının üçüncü nömrəsi nəşr olunub

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən (TQDK) “Rezidenturaxüsusi buraxılışının üçüncü nömrəsi nəşr olunub.

TQDK-dan bildiriblər ki, jurnalda  2015/2016-cı tədris ili üçün rezidenturaya qəbul imtahanının ikinci mərhələsi və ixtisas seçimi haqqinda elan, “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, “Namizədin elektron ərizəsi”ndə ixtisas seçimi forması (nümunə), “Rezidentura səviyyəsi üzrə ixtisasları necə seçməli?”, 2014/2015-ci tədris ili üçün rezidentura səviyyəsinə qəbul aparılan ixtisaslar və onların plan yerləri, rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri, qəbul planının müqayisəli təhlili və namizədlər üçün tövsiyələr, 2014-cü ildə rezidenturaya qəbul müsabiqəsində baza tibb təhsili müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları haqqında materiallar təqdim olunub.

Jurnalı TQDK-nın Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1m; Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən almaqya www.abiturient.az saytından sifariş vermək olar.

Səhifənin qısa keçidi: http://www.tqdk.gov.az/~9NTFF.

 

AZƏRTAC

 

Azərbaycan. - 2015.- 4 iyun.-  S.10.