Nadir şah Əfşar: diplomatik yazışmalar” kitabı tarixşünaslığa dəyərli töhfədir

 

“Nadir şah Əfşar: diplomatik yazışmalar” kitabı Azərbaycan tarixşünaslıq elminə dəyərli töhfə olan, onu yeni çalarlarla zənginləşdirən, tarixi həqiqətlərə orijinal yanaşma tərzi ilə diqqət çəkən növbəti nəşrdir. Kitabın elmi redaktoru, akademik Ramiz Mehdiyev ilk növbədə Nadir şahın ilkin mənbələrə əsaslanan tərcümeyi-halını təqdim edir, onun görkəmli dövlət xadimimahir sərkərdə olduğunu elmi şəkildə əsaslandırır. Diqqəti Nadir şahın türk mənşəyinə yönəldərək bunu təkzibolunmaz faktlarla sübuta yetirir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin elmi redaktorluğu ilə nəşr olunanNadir şah Əfşar: diplomatik yazışmalar” kitabının təqdimat mərasimində səsləndirilib.

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə tariximizin ilkin mənbədən öyrənilməsi baxımından kitabın əhəmiyyətindən danışıb, əsəri tarixinin təəssübünü çəkən, millətini sevən müəllifin yaratdığı mükəmməl sənət abidəsi kimi dəyərləndirib. O bildirib ki, akademik Ramiz Mehdiyevin elmi redaktoru olduğuNadir şah Əfşar: diplomatik yazışmalar” kitabı zəngin mənbələrlə, sənədlərlə əsaslandırılmış böyük bir monoqrafiyadır. Bu əsərin tariximizin obyektiv öyrənilməsi və gənclərdə vətənpərvərlik hissinin inkişafı baxımından xüsusi əhəmiyyəti var.

Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Nadir şah Əfşar: diplomatik yazışmalar” kitabı haqqında ətraflı məlumat verib. Bildirilib ki, xalqımızın çoxəsrlik tarixinin, görkəmli şəxsiyyətlərinin dərindən, əsaslı şəkildə, sənədlər əsasında və azərbaycançılıq mövqeyindən tədqiq olunub öyrənilməsi, bu barədə əsərlərin nəşr edilib yeni nəsillərə çatdırılması milli əhəmiyyətə malik məsələdir. Ümummilli lider Heydər Əliyevin həmin istiqamətdə hələ sovet hakimiyyəti dövründə başladığı böyük işlər Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra daha geniş vüsət alıb. Prezident İlham Əliyevin imzaladığı mühüm tarixi sərəncamlar əsasında tarixi hadisələrə, görkəmli şəxsiyyətlərə yenidən qiymət verilməsi, onların irsinin xalqa çatdırılması istiqamətində səylər daha da artırılıb.

İ.Həbibbəyli bu mənada görkəmli alim, akademik Ramiz Mehdiyevin son illər bir-birinin ardınca nəşr etdirib geniş ictimaiyyətə çatdırdığı “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix”, “Şah İsmayıl Səfəvi: tarixi-diplomatik sənədlər toplusu”, “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” kitablarını Azərbaycan tarixinin qaranlıq səhifələrini işıqlandıran, onu sənədlər əsasında tədqiq edən xüsusi elmi nümunələr kimi səciyyələndirib.

Qeyd edib ki, “Nadir şah Əfşar: diplomatik yazışmalar” kitabında elmi redaktorun apardığı təhlil və müqayisələr bu böyük şəxsiyyəti dövlət hakimiyyətinə gətirən yolun aydın şəkildə qavranılmasına kömək edir.

Sovet tarixşünaslığının Nadir şahı qaniçən, qəddar, işğalçı hökmdar kimi təqdim etməsinin səbəblərinə toxunan akademik Ramiz Mehdiyev onun hərbi yürüşlərinin dövlətçilik baxımından mahiyyətini açıb göstərir. İlk dəfə olaraq Nadir şah Əfşarın həyat və fəaliyyəti, diplomatik irsi ilkin tarixi mənbələr əsasında geniş şəkildə işıqlandırılır. Kitaba AMEA-nın Əlyazmalar İnstitutunun əməkdaşı tərəfindən ana dilimizə tərcümə edilmiş 28 məktubu daxil edilib. Bu məktublar Azərbaycan tarixinin, xüsusən Nadir şahın diplomatik irsinin öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Eldar Əmirov kitabın məziyyətləri barədə danışaraq deyib: “İndiyədək Nadir şah Əfşar haqqında əsasən əcnəbi müəlliflərin tədqiqatları əsasında mülahizə yürüdürdük. Çünki Nadir şahın diplomatik yazışmaları Azərbaycan dilində mövcud deyildi. Təqdim olunan kitabın nəşri bu sahədəki boşluğu əhəmiyyətli dərəcədə dolduracaq. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bir sıra tarixi şəxsiyyətlərimiz haqqında sovet rejimi zamanında formalaşmış stereotipləri dağıtmaq üçün böyük imkanlar yaranıb. İlkin mənbələrə əsaslanmadan isə heç bir dəyərli tədqiqat işi ortaya qoyula bilməz. Tarixi əsərin əsas dəyəri məhz bundan ibarətdir”.

Kitabın nəşrini AMEA-nın böyük nailiyyəti adlandıran E.Əmirov Azərbaycanın tarixşünaslıq, dövlətçilik, mədəniyyət irsinin üzə çıxarılmasında və tədqiq edilməsində alimlərimizin böyük xidmətlərini diqqətə çatdırıb.

Akademiyanın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirib ki, “Nadir şah Əfşar: diplomatik yazışmalar” kitabı Azərbaycanın tarix elmində, dövlətçilik tariximizin araşdırılması istiqamətində irəliyə doğru atılan daha bir mühüm addımdır. Akademik Ramiz Mehdiyev bu məktubları təhlil edərək çox doğru elmi nəticələrə gəlib. O, Nadir şahın görkəmli hökmdar olmasını tarixi sənədlərlə təsdiqləyib. Tarixçilər elmi redaktorun çıxardığı bu nəticələri birmənalı olaraq qəbul edirbu yolla irəliləməyin tərəfdarıdırlar.

Y.Mahmudov Nadir şahın Azərbaycanın bütövlüyünü təmin edən və sərhədlərini genişləndirən bir hökmdar olduğunu, məzhəb ayrılığı salmağa çalışan qüvvələrə qarşı daim mübarizə apardığını və dini birlik yaratdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Eyni zamanda, son vaxtlar bəzi qüvvələrin Azərbaycanın görkəmli şəxsiyyətlərinin üzərinə kölgə salmağa yönəlmiş cəhdlərini pisləyib, təqdimatı keçirilən kitabın belələrinə tutarlı cavab olduğunu vurğulayıb.

Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva da öz növbəsində “Nadir şah Əfşar: diplomatik yazışmalar” kitabını elmimizdə və ictimai-siyasi fikir tariximizdə böyük hadisə kimi dəyərləndirib. Qeyd edib ki, akademik Ramiz Mehdiyevin tarixi mövzuda qələmə aldığı bütün əsərlər təqdirəlayiqdir və şərqşünaslara, tarixçilərə müstəqil Azərbaycanın tarix elminin istiqamətləri ilə bağlı düzgün yol göstərir.

Dünya Siyasəti İnstitutunun direktoru, professor Musa Qasımlı təqdimatı keçirilən kitabın dövrün diplomatiya fəlsəfəsini araşdırdığını, bütün yazışmalarda diplomatik üslubun gözlənildiyini, həmçinin Nadir şah Əfşarın beynəlxalq münasibətlərin qurulması istiqamətində geniş fəaliyyət göstərdiyini qeyd edib. Bildirilib ki, Nadir şah Azərbaycan ərazilərini genişləndirən, idarəçiliyin müxtəlif sahələrində fərqli strategiya yürüdən bir hökmdar və sərkərdə olub. Onun şəxsiyyətinə yönələn diqqət də məhz bu tarixi xidmətlərindən qaynaqlanır.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu direktorunun müavini, filologiya elmləri doktoru Paşa Kərimov sovet dönəminin stereotipləri əsasında yazılmış əsərlərin öz aktuallığını tam itirdiyini, bu baxımdan tariximizin qaranlıq səhifələrinə işıq salanNadir şah Əfşar: diplomatik yazışmalar” kitabının böyük əhəmiyyət daşıdığını deyib. Vurğulayıb ki, kitabın elmi redaktoru Ramiz Mehdiyev Nadir şah Əfşarı XVIII əsrin ən qüdrətli hökmdarlarından biri, görkəmli dövlət xadimimahir sərkərdə kimi səciyyələndirir, bu fikrini çoxsaylı mənbələrə istinad etməklə əsaslandırır.

Sonda azərbaycançılığa və Azərbaycan dövlətçiliyinə fayda verən nəşrlərin ərsəyə gəlməsi və tarixi həqiqətlərin araşdırılması istiqamətində elmi tədqiqat fəaliyyətinin genişləndirilməsinin zəruriliyini diqqətə çatdıran akademik Akif Əlizadə “Nadir şah Əfşar: diplomatik yazışmalar” kitabının elmi redaktoru akademik Ramiz Mehdiyevə AMEA-nın kollektivi adından minnətdarlığını bildirib.

 

Azərbaycan. - 2015.- 4 iyun.-  S.9.