İtaliyanın “Ghigliottina”
xəbər portalı “Bakı-2015” haqqında yazır
İtaliyanın “Ghigliottina” xəbər portalında yayılan “Avropa Oyunlarına geri sayım” sərlövhəli məqalədə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıqların artıq yekunlaşmaq üzrə olduğu bildirilir.
Yazıda “Bakı-2015”in baş əməliyyat direktoru Saymon Kleqin ilk Avropa Oyunları ilə bağlı fikirləri də yer alıb: “Qısa bir müddətdə - 30 ay ərzində bu tədbirin təşkili reallaşıb. Əslində, bu miqyasda yarışların təşkili üçün ən azı 4 ilə ehtiyac olur. Biz əlimizdən gələni etdik və qısa vaxtda hər şeyi hazırlamağa çalışdıq. Əminəm ki, məqsədimizə nail olacağıq. Azərbaycanda bu yarışların yüksək səviyyədə təşkili üçün nəhəng infrastruktur yaradılıb. Çalışdığımız komanda sayəsində biz bu işlərin öhdəsindən gələ bildik”.
Maqsud DADAŞOV,
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Azərbaycan. - 2015.- 4 iyun.- S.8.