Belçika idmançılarının ilk Avropa Oyunlarında iştirakına həsr olunan mətbuat konfransı keçirilib

 

İyunun 2-də Belçika milli komandası Brüssel yaxınlığındakı Hofsteyddə yerləşən “Sportimoniumidman muzeyində mətbuat konfransı keçirib. Mətbuat konfransı iyunun 12-28-də Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək Belçika yığmasına həsr olunub.

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Belçika nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən mətbuat konfransında həm də “Azərbaycan - İdman fotoobyektivdə” adlı fotomüsabiqədə seçilmişmükafat almış 65 şəklin eyniadlı sərgisi də təşkil olunub.

TEAS-ın Belçika nümayəndəliyinin rəhbəri Mark Vervilghen tədbirdə çıxış edərkən bildirib ki, TEAS Belçika komandasının “Bakı-2015” ilk Avropa Oyunlarında iştirakı ilə əlaqədar bu tədbiri dəstəkləməkdən qürur duyur. İdman Azərbaycanda böyük əhəmiyyətə malikdir və Azərbaycan mədəniyyətinin zəruri elementlərindən biridir. Avropa Oyunları Bakı üçün mühüm hadisədir. Bununla əlaqədar şəhərdə stadion və arenaların tikintisi aparılıb.

Mark Vervilghen deyib: “Bu gün siz həm də “Azərbaycan - İdman fotoobyektivdə” müsabiqəsinin qalibi olmuş fotoları seyr etmək imkanı əldə edirsiniz. Bu əsərlər 10 ölkədən olan 50 fotoqrafın təqdim etdiyi fotoların arasından seçilib. Müsabiqənin münsiflər heyəti - “World Press Photo” mükafatının qalibi Ed Kaşi, tanınmış almaniyalı fotoqraf Filip Ratmer və Azərbaycanın aparıcı fotoqrafı Aqdes Bağırzadə olub”. O, bir belçikalı kimi Belçika komandasına Bakıda uğurlar arzulayıb.

Belçika komandası nümayəndə heyətinin rəhbəri Gert Van Looy qeyd edib ki, son iki ay ərzində “Bakı-2015” ilk Avropa Oyunlarına diqqət daha da artıb. Çoxlu belçikalı idmançı bu Oyunlarda iştirak üçün vəsiqə qazanıb və onların göstəricisi çox yüksəkdir. İdman növlərinin bəziləri “Rio-2016” Yay Olimpiya Oyunlarında iştirak etmək imkanı verəcək. O, bu yaxınlarda Bakıda səfərdə olduğunu, görülən hazırlıq işlərindən çox razı qaldığını bildirib. Qeyd edib ki, bütün stadionarenalar ən yüksək standartlara uyğun şəkildə qurulub və yarışlara başlamağa hazırdır. Gert Van Looy deyib ki, bu Oyunlarda iştirak edəcək digər komandaların idmançılarının kvalifikasiyasını əvvəlcədən qiymətləndirmək çətindir. Bununla belə, biz gimnastika, basketbol, cüdo, voleybol, velosiped sürmə və taekvondo kimi idman növlərində yaxşı göstəricilərə ümid edirik. Əgər “Bakı-2015”də uğur qazansaq, bu oyunların dəyəri o zaman daha da artacaq ki, ikinci oyunlar Niderlandda keçiriləcək.

Belçika komandasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Luk Rampaer deyib ki, Oyunlara ev sahibliyi etmək üçün Bakıda sadəcə iki il ərzində qazanılan uğurlar inanılmazdır. Biz 16 idman növü üzrə müsabiqədə iştirak etmək üçün 117 idmançı aparırıq. Belçika nümayəndə heyəti məşqçilər və fizioterapevtlər də daxil olmaqla 190 nəfərdən ibarət olacaq.

Nümayəndə heyətinin tərkibində “London-2012” Yay Olimpiya Oyunlarının iki medalçısı da olacaq - cüdoçu Charline Van Snick və atıcı Lionel Kox. Avropa Oyunları beynəlxalq idman təqviminə edilən mühüm əlavədir ki, bunun sayəsində insanlar iqtisadi əlaqələr vasitəsilə deyil, sırf insani münasibətlər müstəvisində bir araya gəlirlər.

 

AZƏRTAC

 

Azərbaycan. - 2015.- 4 iyun.-  S.8.