Rusiyanın “Rossiyamilli televiziya kanalı ilə müqavilə imzalanıb

 

“Bakı-2015” I Avropa Oyunları Rusiyanın “Rossiyamilli televiziya kanalı ilə müqavilə imzalayıb.

AZƏRTAC xəbər verir ki, kanal I Avropa Oyunlarını həm ödənişsiz yayım şəbəkəsi, həm də kabel televiziyası vasitəsilə nümayiş etdirmək hüququ ələ edib. Müqaviləyə əsasən, I Avropa Oyunları Rusiyada 53 milyon evdə yayımlanacaq.

Rossiya 2” (ödənişsiz yayım), “Sport”, “Sport-1” və “Döyüş klubu” (kabel televiziyası) kanallarının birlikdə həyata keçirəcəkləri gündəlik 10 saatlıq yayım vasitəsilə rusiyalı tamaşaçılar Bakıdakı idman tədbirini izləyə biləcəklər. Eyni zamanda, Rusiyanın iki aparıcı idman veb-səhifəsi - vesti.rusportbox.ru da Oyunların onlayn yayımını həyata keçirəcək.

“Bakı-2015”in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, I Avropa Oyunlarının “Rossiyateleviziya kanalı ilə yayımlanması barədə razılıq əldə etməyimizdən məmnunam. Rusiya Olimpiya Komitəsi Bakıya 300-dən çox ən yaxşı idmançısını göndərəcək və bu ölkənin idman ictimaiyyəti də “Rossiyateleviziya kanalı ilə qurduğumuz tərəfdaşlıq çərçivəsində bütün platformalar üzrə geniş yayımdan zövq alacaq.

Rossiyateleviziya kanalının idman şöbəsinin rəhbəri Aleksandr Tasçin bildirib: “I Avropa Oyunları dünyanın ən irimiqyaslı idman tədbirlərindən biridir. Bir faktı da nəzərə almaq lazımdır ki, Avropa Oyunları 12 idman növü üzrə “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq imkanı verir. Eyni zamanda, bizim üçün milli komandamızın uğurlarını nümayiş etdirmək olduqca mühümdür. Rusiya Oyunlarda ən böyük heyətlə təmsil olunacaq. Məhz buna görə də maksimum şəkildə bütün yarışların yayımını televiziya tamaşaçılarına təqdim etməyə hazırıq”.

 

Azərbaycan. - 2015.- 4 iyun.-  S.8.