26 Olimpiya mükafatı, 7473 medal...

 

Azərbaycan idmançıları son 23 ildə böyük uğurlara imza atıblar

 

Dinamik iqtisadi inkişaf tempinə görə Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan hazırda dünyanın aparıcı idman ölkələrindən biri kimi tanınır. Bu müsbət imicin əsasında Azərbaycanda gənclərin dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunması, onların fiziki və mənəvi cəhətdən sağlam böyüməsi üçün atılan addımlar dayanır.

İdmançılarımızın nailiyyətləri, dövlətin idmanın inkişafına ardıcıl dəstəyi, mövcud idman infrastrukturu da nəzərə alınaraq ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi isə hər birimizdə böyük qürur hissi doğurur.

Son 15 ildə respublikada idmanOlimpiya hərəkatında keyfiyyətcə yeni mərhələ başlanıb. Regionlarda, şəhərlərdə, kəndlərdə idmanın kütləviləşməsinə xidmət edən kompleks tədbirlər aparılıb, müasir standartlara cavab verən 40-a yaxın Olimpiya idman kompleksləri, stadionlar inşa olunub. Bu idman komplekslərində müxtəlif yarışlar keçirilir. Ümumilikdə, Bakı son illər dünya miqyaslı bir sıra idman yarışlarını uğurla təşkil edərək Beynəlxalq və Avropa Olimpiya komitələrinin etimadını qazana bilib. Təsadüfi deyildir ki, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Avropa Oyunlarının Bakıda keçirilməsini həm də ölkəmizin müasir idman infrastrukturuna malik olması ilə izah edib.

İdman müasir dövrdə həm də siyasətin ayrılmaz tərkibi olub, ölkəni tanıtmağın, populyarlaşdırmağın ən mühüm vasitələrindəndir. Dərin mənəvi-etik məzmun yükünə malik olan, insanlara Vətənə məhəbbət, sədaqət, milli qürur hissləri aşılayan idman, eyni zamanda cəmiyyətdə vətənpərvərlik əhval-ruhiyyəsini artıran mühüm ideoloji-təbliğati vasitədir. Azərbaycan dövlətinin üçrəngli bayrağını ucaldan, himnini səsləndirən hər bir idmançı da dövlətimizin, xalqımızın qürurudur.

İnsanlara xas olan ən dərin, bəlkə də fitri hisslərdən biri yurdsevərlik, vətənpərvərlikdir. Bu hisslərin tarixi kökləri çox qədimdir və insanların doğulduğu torpağa, dövlətinə, adət-ənənələrinə məhəbbəti kimi formalaşır. Bütün bunlar isə Vətənin milli mənafeyinin müdafiəsində, gəncliyin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. Bu baxımdan idman insanları mübarizəyə çağırır, onlarda mərdlik, qəhrəmanlıq, siyasi iradə, liderlik, özünütəsdiq kimi keyfiyyətləri formalaşdırır, çeviklik, zirəklik, güc, cəsarət, fədakarlıq aşılayır. Nəticədə qəhrəmanlar da belə yaranır. Deyirlər ki, qələbənin ehtiyat mənbəyi igid adamın qalib gəlmək arzusudur. Qəhrəman olmaq üçün isə bir an kifayətdir.

Prezident İlham Əliyev bu reallıqları hər kəsdən daha düzgün dəyərləndirən lider kimi deyir: “Biz məmnunuq ki, gənc nəsil azərbaycanlılar həyatda öz layiqli yerlərini tutmaq və ölkənin potensialını gücləndirmək üçün daha çox öyrənmək, qabiliyyətlətini artırmaq arzusundadırlar. Eyni zamanda, biz fəxr edirik ki, gənc nəsil vətənpərvərdir. Vətənpərvərlik insanların ölkəsini sevməsi deməkdir. Habelə bu, dövlətlər və xalqlar arasında birliyi gücləndirən amildir”. İdmanın sülhməramlı humanist dəyərləri dünyanın mötəbər yarışlarında milyonlarla insanlar arasında ən etibarlı körpüdür. İdman həmçinin cəmiyyətin vahid milli ideya ətrafında birləşməsinə böyük təkan verir. Sosial dəyərlərin inkişafına səbəb olan idman yarışlarında yeni istedadların üzə çıxması isə onun yaradıcı xarakterindən irəli gəlir. Ölkəmizdə idmanın kütləviləşməsi üçün görülən işlər bir tərəfdən respublikamızın dünya miqyasında böyük nüfuz və rəğbət qazanmasına, digər tərəfdən isə insanlarımızın fiziki sağlamlığına, mənəvi kamilliyinə xidmət edir.

Respublikamız müstəqillik illərində Atlanta (1996), Sidney (2000), Afina (2004), Pekin (2008), London (2012) Olimpiya Oyunlarında iştirak edib, böyük qələbələr qazanıb.

1996-cı ildə Atlanta Yay Olimpiya Oyunlarında 23 iştirakçıdan ibarət komandanın nailiyyəti bir gümüş medalla əldə olunmuşdusa, 4 il sonra Sidneydə 31 idmançı heyəti 2 qızıl və 1 bürünc medal əldə etməklə ölkəmizə qızıl sətirli ilk tarixi zəfərləri gətirdi. Həmin illər həm də Azərbaycanda bədən tərbiyəsi və idmanın dönüş nöqtəsi, intibah dövrünün başlanğıcı oldu.

Təbii ki, olimpiadalar hər dördillik dövr üçün təkcə böyük idman bayramı, təntənəsi deyil. Onlar həm də bir hesabat məqamıdır. Afinada (2004-cü il) 38 idmançı ilə biri qızıl olmaqla 5, Pekində (2008-ci il) 44 iştirakçı ilə yenə biri ən yüksək əyarlı olmaqla 7 medal qazanılmışdı. Medalların artan tempi ilk illərin göstəricisi idisə, 2012-ci ilin London Yay Olimpiya Oyunları bu mənada daha bir keyfiyyəti ilə fərqlənib xüsusi qeyd oluna bilər. İdmançılarımız İngiltərənin paytaxtında rekord sayda - 2 qızıl, 2 gümüş və 6 bürünc olmaqla 10 medal qazandılar. Olimpiya komandamız bu göstərici ilə 205 ölkə arasında 30-cu yeri tutdu. Millimiz Avropa ölkələri sırasında 15-ci, MDB dövlətləri arasında 5-ci, müsəlman ölkələri arasında 3-cü yerdə qərarlaşdı. İdmançılarımızın Olimpiadada təmsil olunduğu növlərin sayının artması ilə yanaşı, onların iddialılığı əsasında rəqabət qabiliyyətliliyinin də yüksəlməsi Azərbaycanın bir idman dövləti kimi mövqeyini daha da möhkəmləndirdi.

Olimpiya hərəkatı və Azərbaycanın beynəlxalq idman aləmindəki yerimövqeyinin möhkəmlənməsi ilə yanaşı, əsas vəzifə ölkəmizin təbliği və tanınması, milli-mədəni dəyərlərimizin dünyaya çatdırılması, inteqrasiya kimi vəzifələr də xüsusi rol oynayır. Azərbaycan son illər təkcə Olimpiya deyil, Paralimpiya hərəkatında da böyük uğurlar qazanıb. Fiziki qüsuru olan idmançılarımız böyük iradə nümayiş etdirərək sağlam idmançıların uğurlarını təkrarlamağa, hətta onlardan da yüksək nəticə göstərməyə nail olurlar. Son 10 ildə keçirilən 3 paralimpiya oyunlarında (Afina-2004, Pekin-2008 London-2012) Azərbaycan 26 medal qazanıb. Bunların 8-i qızıl, 9-u gümüş 9-u bürünc idi.

2010-cu ildə yeniyetmələr arasında ilk dəfə Sinqapurda təşkil edilən Yay Olimpiadası xüsusi qeyd olunmalıdır. 5 qızıl 3 gümüş olmaqla 12 yeniyetmə idmançımızdan 8 nəfəri Vətənə medalla dönmüşdü. Bu nəticələrə görə ölkəmiz 204 ölkə arasında 11-ci yeri, iştirakçıların sayına görə ən yaxşı nəticə göstərən ölkələr sırasında 2-ci, Avropada 6-cı, MDB ölkələri arasında 3-cü yeri tutmuşdur. Bu isə respublikada yeni nəsil idmançılarının yetişdirilməsi, əhali arasında bədən tərbiyəsi idmanın dayaqların möhkəmləndirilməsinin əsas göstəricilərindən biri kimi qəbul edilə bilər.

Rusiyanın Kazan şəhərində keçirilmiş 27-ci Dünya Yay Universiadasında 12 proqram üzrə yarışlara qoşulan Azərbaycanın tələbə idmançıları 4 qızıl, 5 gümüş, 7 bürünc ümumən 16 medalla həm kəmiyyət, həm keyfiyyət göstəricisinə görə dünyada 162 ölkə arasında 15-ci nəticə göstərmişdi.

2013-cü il 22 sentyabr - 1 oktyabr tarixlərində İndoneziyanın Palembanq şəhərində 13 idman növü üzrə keçirilmiş III İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komandası 7 idman növündə (karate, üzgüçülük, atletika, kamandan oxatma, ağırlıqqaldırma, taekvondo uşu) 24 medalla (6 qızıl, 9 gümüş, 9 bürünc) komanda hesabında 46 ölkə arasında 7-ci yer tutmuşdur.

Təkcə 2014-cü ilin birinci yarım ili ərzində respublikada fəaliyyət göstərən idman federasiyaları ilə birlikdə ölkəmizdə 70 respublika, 20 beynəlxalq səviyyəli yarış keçirilmiş, 50 beynəlxalq yarışlarda ölkə yığma komandalarının iştirakı təmin olunmuşdur.

2014-cü ilin birinci yarısında dünya, Avropa çempionatı birinciliklərində, kubok yarışlarında 35 qızıl, 37 gümüş 50 bürünc medal əldə edilmişdir. Bununla da 1992-ci ildə cəmi 23 (Olimpiya növləri üzrə 7) medal alınmışdısa, 2002-ci ildə bu rəqəm 175-ə (Olimpiya növləri üzrə 63) çatmışdır. Sonrakı illərdə idman uğurlarının həm medal sayı, həm növ çeşidi artan templə davam edib. 2013-cü ildə ən mötəbər yarışlarda 782 medal qazanılıb onlardan 280-i qızıl olub. Son Yay Olimpiya Oyunlarında Azərbaycan komandası 30-cu yerə layiq görülüb. Avropa ölkələri arasında isə 15-ci yerə yüksəlib. Ötən il yeniyetmələrin Olimpiya Oyunlarında Azərbaycan komandası 10-cu yeri tutub. Bu, tarixi nailiyyətdir.

Ümumiyyətlə, son 23 il ərzində Azərbaycan idmançıları 5 Olimpiya, 3 Paralimpiya, dünya, Avropa çempionatı birinciliklərində, kubok yarışlarında 7473 medal əldə etmişlər.

Uğur estafeti isə davam edir: Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) İcraiyyə Komitəsinin 2014-cü il sentyabrın 19-da açıqladığı qərara əsasən Bakının 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarının keçiriləcəyi 13 şəhər sırasına düşməsi son dərəcə sevindirici hadisədir. Qərara əsasən Avropa çempionatının dörd oyunu (üç oyun 1/4 final oyunu) Bakı şəhərində olacaq. Bundan başqa, Azərbaycan 2016-cı ildə dünya Şahmat Olimpiadasının “Formula-1” yarışlarını, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarını keçirməklə beynəlxalq idman dəyərlərini daha da zənginləşdirəcək.

Bu gün Azərbaycan I Avropa Oyunlarına tam hazırdır. Bu həm ölkəmizin potensialının növbəti dəfə tanınması anlamını daşıyır.

Prezident İlham Əliyev indiyədək əldə edilən dəyərli nailiyyətləri yüksək qiymətləndirərək deyir: “Bu, yalnız böyük idman tədbiri deyil, həm dostluq tərəfdaşlıq tədbiri olacaq. Bizim üçün isə bu, təbii ki, ölkəmizi qonaqpərvərliyimizi nümayiş etdirmək baxımından yaxşı fürsət olacaq. İki ildən sonra isə biz İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Yəni, iki il ərzində eyni ölkədə, eyni şəhərdə Avropa, həm İslam Həmrəyliyi Oyunları keçiriləcək. Hesab edirəm ki, iki il ərzində hər iki oyunun eyni ölkədə təşkil edilməsi Avropa idman tarixində nadir hal olacaq”.

 

İradə ƏLİYEVA,

 

Azərbaycan. - 2015.- 4 iyun.-  S.1, 6.