Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Bakıdakı
layihə əlaqələndiricisi Aleksis Şahtaxtinskini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də
ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi
Aleksis Şahtaxtinskini diplomatik fəaliyyətinin başa
çatması ilə əlaqədar qəbul edib.
Dövlətimizin başçısı Aleksis Şahtaxtinskinin Azərbaycan-ATƏT əməkdaşlığının inkişafına verdiyi töhfəni yüksək qiymətləndirdi, ötən dövr ərzində həyata keçirilən layihələrin yaxşı nəticələr verdiyini vurğulayaraq ona gələcək fəaliyyətində uğurlar arzuladı.
ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi
Aleksis Şahtaxtinski fəaliyyəti
dövründə təmsil etdiyi qurum ilə Azərbaycan arasında əməkdaşlığın
inkişafı və eləcə də ölkəmizin
rifahı naminə səylərini əsirgəmədiyini
vurğuladı.
Azərbaycan. - 2015.- 4 iyun.- S.3.