Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər
edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 4, I kitab, maddə 250, ¹ 5, maddə 323; 2002, ¹ 12, maddə 709; 2003, ¹ 8, maddə 420; 2004, ¹ 3, maddə 123, ¹ 5, maddə 318, ¹ 6, maddə 415, ¹ 10, maddə 761, ¹ 11, maddə 901; 2005, ¹ 2, maddə 61, ¹ 6, maddə 466, ¹ 8, maddələr 684, 692, 693, ¹ 11, maddə 996, ¹ 12, maddə 1085; 2006, ¹ 2, maddə 68, ¹ 3, maddə 225, ¹ 5, maddə 387, ¹ 6, maddə 478, ¹ 8, maddə 657, ¹ 12, maddə 1005; 2007, ¹ 2, maddə 80, ¹ 6, maddə 560, ¹ 8, maddə 745, ¹ 10, maddə 937, ¹ 11, maddə 1053, ¹ 12, maddələr 1215, 1219; 2008, ¹ 3, maddə 145, ¹ 6, maddə 456, ¹ 7, maddə 602, ¹ 12, maddə 1049; 2009, ¹ 2, maddə 47, ¹ 5, maddə 295, ¹ 6, maddə 404, ¹ 7, maddə 517; 2010, ¹ 2, maddə 75, ¹ 3, maddə 171, ¹ 4, maddələr 265, 266, 276; 2011, ¹ 2, maddə 71, ¹ 7, maddə 586, ¹ 8, maddə 750, ¹ 12, maddələr 1073, 1102; 2012, ¹ 1, maddə 5, ¹ 5, maddə 403, ¹ 6, maddə 498; 2013, ¹ 1, maddə 15, ¹ 6, maddə 620, ¹ 11, maddə 1280, ¹ 12, maddələr 1469, 1478; 2014, ¹ 2, maddə 96, ¹ 7, maddə 768) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 49-1-ci maddə əlavə edilsin:
“Maddə 49-1. Hüquqi şəxs tərəfindən aidiyyəti şəxslərlə əqdlərin bağlanması qaydası
49-1.1. Hüquqi şəxsə aidiyyəti olan şəxslə həmin hüquqi şəxs arasında bağlanılan hər hansı əqd, razılaşma və yaxud əlaqəli əqdlər məcmusu aidiyyəti şəxslə əqd hesab edilir. Hüquqi şəxsə aidiyyəti olan şəxslər aşağıdakılardır:
49-1.1.1. hüquqi şəxsin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanının rəhbəri və üzvləri;
49-1.1.2. hüquqi şəxsin struktur bölməsinin (filial, nümayəndəlik, idarə və s.) rəhbəri;
49-1.1.3. bu Məcəllənin 49-1.1.1-ci və 49-1.1.2-ci maddələrində göstərilən şəxslərin qohumları (əri (arvadı), valideynləri, o cümlədən ərinin, arvadının valideynləri, babaları və nənələri, övladları, övladlığa götürənləri (götürülənləri), qardaşları və bacıları);
49-1.1.4. hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz və daha çox paya birbaşa və ya dolayı yolla malik olan hər hansı şəxs;
49-1.1.5. bu Məcəllənin 49-1.1.1-ci, 49-1.1.2-ci və 49-1.1.4-cü maddələrində göstərilən şəxslərin birbaşa və ya dolayısı ilə iştirak etdiyi hüquqi şəxslər;
49-1.1.6. hüquqi şəxsin, nizamnamə kapitalında ən azı 20 faiz payla iştirak etdiyi hüquqi şəxs;
49-1.1.7. bu Məcəllənin 49-1.1.4-cü və 49-1.1.6-cı maddələrində göstərilən hüquqi şəxslərdə ən azı 20 faiz paya (səhmlərə) malik olan hər hansı şəxs;
49-1.1.8. bu Məcəllənin 49-1.1.4-cü və 49-1.1.6-cı maddələrində göstərilən hüquqi şəxslərin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanlarının rəhbərləri.
49-1.2. Aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil etdikdə, həmin əqd hüquqi şəxs tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə bağlanılır. Həmin əqdə münasibətdə aidiyyəti şəxs olan iştirakçı məsələ ilə əlaqədar olan səsvermədə iştirak edə bilməz.
49-1.3. Aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faizədək hissəsini təşkil etdikdə, həmin əqd hüquqi şəxsin nizamnaməsinə uyğun olaraq, onun iştirakçılarının ümumi yığıncağı, direktorlar şurası (müşahidə şurası) və ya icra orqanı tərəfindən qəbul olunur. Bu halda iştirakçıların ümumi yığıncağında, direktorlar şurasının (müşahidə şurasının) və kollegial icra orqanının iclaslarında aidiyyəti şəxs olan iştirakçı (üzv) səsvermədə iştirak edə bilməz. Hüquqi şəxsin təkbaşına icra orqanının rəhbəri, habelə onun bu Məcəllənin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxsləri aidiyyəti şəxs qismində çıxış etdikdə onlarla hüquqi şəxs arasında əqd direktorlar şurasının (müşahidə şurasının), o olmadıqda isə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə bağlanılır.
49-1.4. Əqdin bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrinin tələbləri pozulmaqla bağlanılması nəticəsində hüquqi şəxsə dəyən zərərə görə təqsiri olan şəxslər məsuliyyət daşıyır. Əqdin digər tərəfi əqdin bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrinin tələbləri pozulmaqla bağlandığını bildikdə hüquqi şəxs və ya onun istənilən iştirakçısı bu Məcəllənin 339-cu maddəsinə müvafiq olaraq həmin əqdi mübahisələndirə bilər.
49-1.5. Hüquqi şəxsin direktorlar şurasının (müşahidə şurasının) rəhbəri və ya üzvləri özlərinin, bu Məcəllənin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı hüquqi şəxsin iştirakçılarına yazılı şəkildə təqdim etməlidirlər.
49-1.6. Hüquqi şəxsin icra orqanının rəhbəri və ya üzvləri özlərinin, bu Məcəllənin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı hüquqi şəxsin direktorlar şurasına (müşahidə şurasına), o olmadıqda hüquqi şəxsin iştirakçılarına yazılı şəkildə təqdim etməlidirlər.
49-1.7. Hüquqi şəxsin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanının rəhbəri və ya üzvləri istisna olmaqla digər şəxslər özlərinin, bu Məcəllənin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı hüquqi şəxsin direktorlar şurasına (müşahidə şurasına), o olmadıqda hüquqi şəxsin icra orqanına yazılı şəkildə təqdim etməlidirlər.”.
2. 91.1-ci maddənin beşinci cümləsində “Cəmiyyəti təkbaşçı idarəetmə orqanı” sözləri “Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri” sözləri ilə əvəz edilsin.
3. 91.1-1-ci maddənin ikinci cümləsində “səsvermədə iştirak etmək” sözlərindən sonra “(bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla)” sözləri əlavə edilsin.
4. 91.3.5-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 91.3.6-cı maddə əlavə edilsin:
“91.3.6. bu Məcəllənin 49-1.2-ci maddəsində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək.”.
5. 91.4-cü və 107.6-cı maddələrinin birinci cümlələrində “əmlak mənafeləri ilə cəmiyyətə və ya onun iştirakçılarına bağlı olmayan peşəkar” sözləri “müstəqil” sözü ilə əvəz edilsin.
6. 99.4-cü maddə ləğv edilsin.
7. 106-1.3.5-ci maddədə “iştirak etmək” sözlərindən sonra “(bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla)” sözləri əlavə edilsin.
8. Aşağıdakı məzmunda 107.1.6-cı maddə əlavə edilsin:
“107.1.6. bu Məcəllənin 49-1.2-ci və 99.3-cü maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək.”.
9. 109.2-ci maddədə “hüququ” sözündən sonra “(bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla)” sözləri əlavə edilsin.
10. Aşağıdakı məzmunda 111.3.5-1-cı maddə əlavə edilsin:
“111.3.5-1. bu Məcəllənin
49-1.2-ci maddəsində nəzərdə tutulmuş
əqdlərin bağlanması haqqında qərar qəbul etmək;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 may 2015-ci il
Azərbaycan. - 2015.- 2 iyun.- S.3.