E.Y.Mədətlinin Azərbaycan
Respublikasının Ukraynada fövqəladə
və səlahiyyətli səfiri və Demokratiya
və İqtisadi İnkişaf
Uğrunda Təşkilat - GUAM yanında daimi nümayəndəsi vəzifələrindən
geri çağırılması
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Eynulla Yadulla oğlu Mədətli Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri və Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılsın.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
3 iyun 2015-ci il
Azərbaycan. - 2015.- 4 iyun.- S.2.