Qızıl sponsor”dan daha bir yenilik

 

Azərbaycanda həyata keçirilən ən iri neft-qaz ixrac layihələrinin əməliyyatçısı olan BP şirkəti 22-ci sərginin iştirakçısıdır. BP 1994-cü ilin may ayından üzübəri Bakıda hər il keçirilən Xəzər neft-qaz sərgilərinin hamısında iştirak etməklə yanaşı, onların bir çoxunda həm sponsorlardan biri olub. Bu dəfə iki qızıl sponsordan biridir.

BP-nin sərgidəki pavilyonları həmişə öz rəngarəngliyi, ekspozisiyalarının mövzusunun zənginliyi əhatəliliyi ilə fərqlənir. Şirkət informasiya-telekommunikasiya texnologiyalarından geniş istifadə vasitəsilə sərgi tamaşaçılarına  Azərbaycandakı uğurlarını nümayiş etdirir. Bu səbəbdən BP-nin pavilyonları həmişə izdihamlı olur.

Əməliyyatçı şirkətin yaranmış ənənələrindən biri sərgi daxilində digər tədbirlərin keçirilməsidir. Məsələn, ötən neft-qaz sərgilərində BP Azərbaycanın sahə ilə bağlı şirkət müəssisələrinə dəstək məqsədi daşıyanAlıcı ilə tanış olsərgisini təşkil etmişdi.

Şirkətin budəfəki sərgi proqramı da zəngindir. Xüsusilə “Nobel qardaşları Bakı nefti. Mükafatrəsm sərgisi maraq doğurur. “Caspian Oil and Gas” sərgisinin təşkilatçısıİteca Caspian”ın təşəbbüsü BP-nin sponsorluğu ilə nümayiş etdirilən bu rəsm kolleksiyası Nobel qardaşlarına məxsus neft şirkətinin Azərbaycandakı fəaliyyətinin 136-cı ildönümünə həsr olunub.

Məlumdur ki, ilk neft tankeri, Qafqazda ilk neft boru kəməri, neft-qaz sənayesi ilə əlaqədar olan bir sıra digər innovasiyalar Nobel qardaşlarının Abşeron mədənlərindəki fəaliyyəti ilə bağlıdır. Nobel qardaşları irsinin əksər hissəsi o dövrün ən iri neft şirkətlərindən biri olan “The Nobel Brothers Petroleum Produksion Company” şirkətinin fəaliyyəti nəticəsində əldə edilmiş kapitaldan ibarətdir. Bundan əlavə, Nobel Fondu vəsaitlərinin 12 faizini bu neft mədənləri sahiblərinin Bakıda Abşeronda qazandıqları vəsait təşkil edir. Beləliklə, Nobel mükafatının tarixi Azərbaycanda neft hasilatının tarixi ilə sıx şəkildə bağlıdır.

22-ci Beynəlxalq Xəzər Neft Qaz Sərgisinin foyesində nümayiş etdirilən “Nobel qardaşları Bakı nefti. Mükafatrəsm sərgisi tamaşaçıların marağına səbəb olub. Buradakı rəsm əsərlərinin hamısı ölkəmizdə, eləcə Rusiyada yaxşı tanınan rəssam İrina Eldarovaya məxsusdur.

Rəsm sərgisinin açılış mərasimində BP-nin Azərbaycan, Gürcüstan Türkiyə üzrə regional prezidenti Qordon Birrell ölkəmizin uzunmüddətli etibarlı tərəfdaşı kimi şirkətin gördüyü işlərdən, mədəniyyət, təhsil idman sahəsində müxtəlif tədbirlərə dəstək verməsindən qürur duyduğunu bildirdi: “20 ildən artıq müddət ərzində Azərbaycandakı iri neft-qaz yataqlarının işlənməsindən ibarət başlıca vəzifəmizdən əlavə, həm çoxlu saydaDavamlı inkişaf proqramlarıhəyata keçirmişik. Hesab edirik ki, Xəzər regionunda aparıcı xarici əməliyyatçı şirkət olaraq XX əsrdəki sələflərimiz kimi bizim Azərbaycanın inkişafına dəstək vermək istiqamətində görəcəyimiz işlər var. SOCAR-la birlikdə Hacı Zeynalabdin Tağıyevin, Musa Nağıyevin, Şəmsi Əsədullayevin, Murtuza Muxtarovun, eləcə XIX əsrin sonlarında Bakıdakı neft sənayesinin güclü inkişafında rol oynamış yerli tərəfdaşları ilə yanaşı, sənayenin inkişafına töhfə vermiş Nobellərin, Rotşildlərin Rokfellerlərin varisləri sırasında olmaqdan qürur duyuruq”.

Nobel qardaşlarına həsr olunmuş möhtəşəm sərginin sponsoru olmaqla da BP öz işgüzar fəaliyyətini bir daha təsdiqləyir.

 

Azərbaycan. - 2015.- 5 iyun.- S. 10.