Mikayıl Cabbarov: “Bakı-2015” ilk Avropa Oyunları Azərbaycanın idman tarixində unudulmaz hadisədir

 

Birinci Avropa Oyunlarının həm açılış, həm də bağlanış mərasimlərində iştirak etməyi planlaşdırıram. Çünki “Bakı-2015” ilk Avropa Oyunları Azərbaycanın idman tarixində unudulmaz hadisədir.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində təhsil naziri Mikayıl Cabbarov söyləyib.

M.Cabbarov bildirib ki, imkan olduqca həftə sonları yarışları stadionda canlı olaraq izləməyə qatılacam. Çimərlik futbolu, voleybol, basketbol kimi daha çox komanda növlərinə aid olan yarışlar mənim üçün daha maraqlıdır.

 

Azərbaycan. - 2015.- 5 iyun.- S. 8.