Təlimlərdə iştirak edən müəllimlər və inzibati heyət işçiləri mükafatlandırılıblar

 

İnformasiya-kommunikasiya texnologiyaları (İKT) savadlılığının artırılması üzrə təlimlərdə iştirak edən ibtidai sinif müəllimləri və inzibati heyət işçiləri mükafatlandırılıblar.

İyunun 4-də “Park İnn” hotelində keçirilən mükafatlandırma mərasimində təhsil nazirinin müavini Ceyhun Bayramov  Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətindən danışıb və bu strategiyaya uyğun olaraq təhsildə İKT-nin geniş tətbiqinə xüsusi önəm verildiyini bildirib.

C.Bayramov 2014-2015-ci tədris ilində təhsildə İKT-nin tətbiqi sahəsində reallaşdırılan tədbirlər, qazanılan uğurlar barədə ətraflı məlumat verib, bu sahədə qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Qeyd olunub ki, İnnovativ Texnologiyalar Təşkilatı tərəfindən Bakı şəhəri üzrə ibtidai sinif müəllimləri və ümumi təhsil müəssisələrində fəaliyyət göstərən inzibati heyət üçün müvafiq olaraqİbtidai siniflərdə dərs deyəcək müəllim heyəti üçün tədris prosesində interaktiv texnologiyalardanelektron məzmundan istifadə” və “Təhsil sisteminin inzibati-idarəetmə heyəti üçün İKT üzrə savadlılığın artırılmasına yönəldilmiş treninq xidmətləri” adlı təlimlərin birinci mərhələsi keçirilib.

Bu mərhələdə 3 min 320 nəfər ibtidai sinif müəllimi və inzibati heyət diaqnostik qiymətləndirmədə iştirak edib. Bunlardan 519 nəfər İKT sahəsində baza biliklərinə malik olduğu üçün təlimlərə cəlb edilmədən birbaşa sertifikata layiq görülüb. Onlardan 258-i inzibati heyət işçisi, 261-i isə ibtidai sinif müəllimidir.

Digər çıxış edənlər İKT-nin təhsildə tətbiqindən danışıb, təlimlərdə uğur qazanan müəllim inzibati heyət işçilərini təbrik ediblər.

Sonra müvafiq qiymətləndirmədən uğurla keçən müəllim inzibati heyət işçilərinə sertifikatlar hədiyyələr təqdim olunub.

 

AZƏRTAC

 

Azərbaycan. - 2015.- 5 iyun.- S. 8.