Yanuş PEXOÇİNSKİ: “Avropa Oyunları Azərbaycan ilə
Polşanı daha da
yaxınlaşdıracaq”
“Bakı-2015” I Avropa Oyunlarına çoxlu polşalı azarkeş gələcək. Ümidvarıq ki, bu idman yarışları Azərbaycan ilə Polşanı daha da yaxınlaşdıracaq, polşalılar Azərbaycanı daha yaxından tanıyacaqlar.
AZƏRTAC xəbər verir ki, bu fikri Bakıda işgüzar səfərdə olan Polşa Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinski mətbuat konfransında söyləyib.
Polşa yığmasının I Avropa Oyunlarında iştirak etmək üçün tezliklə Bakıya gələcəyini bildirən Y.Pexoçinski deyib: “Polşa nümayəndə heyətinə təkcə Avropa Oyunlarının iştirakçıları deyil, həm də ötən illərdə Polşanın ən görkəmli idmançıları daxildir”. Baş nazirin müavini deyib ki, Avropa Oyunları çərçivəsində Bakıda “Polşa günü” keçiriləcək. Tədbirdə bir qrup biznesmenin müşayiəti ilə Polşanın idman və turizm, kənd təsərrüfatı nazirləri iştirak edəcək. Y.Pexoçinski ümidvar olduğunu bildirib ki, polyaklar Bakıda Azərbaycanın çox zəngin tarixi və mədəniyyəti, o cümlədən Polşa-Azərbaycan münasibətlərinin tarixi ilə tanış olacaqlar. Baş nazirin müavini xatırladıb ki, Bakıda zəngin Polşa memarlığının çox dərin izləri var. O deyib: “XX əsrin əvvəllərində Bakıda polşalı arxitektorlarla bərabər, neft sahəsində çalışan təqribən 12 min polyak yaşayıb-yaradıb”.
Xatırladaq ki,
Polşa Olimpiya Komitəsinin
qərarı ilə I Avropa Oyunlarında
idmanın badminton, boks,
gimnastika, akrobatika, cüdo, kanoyedə avarçəkmə, karate, veloyürüş,
kamandan oxatma, voleybol (qapalı yerdə və çimərlikdə),
üzgüçülük, sinxron üzgüçülük,
suyatullanma, sambo,
atıcılıq, qılıncoynatma, taekvondo,
Olimpiya stolüstü
tennisi, triatlon və
güləş növlərində 214 idmançı
yarışacaq. Polşa nümayəndə
heyəti bütövlükdə 334 nəfərdən ibarət
olacaq. Polşa
idmançılarının üç qrupundan birincisi Bakıya iyunun 8-də gələcək.
Azərbaycan. - 2015.- 5 iyun.- S. 7.