K.PRİVALOV: “Azərbaycan gələcəyə böyük sıçrayış edən gözəl ölkədir”

 

Avropa Oyunları, heç şübhəsiz, bütün Olimpiya hərəkatı üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan göstərir ki, idman yarışlarına tamamilə başqa diapazon, möhtəşəm vüsət vermək olar.

Bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbətində tanınmış rusiyalı yazıçı, beynəlxalq mövzularda yazan jurnalist Kiril Privalov söyləyib.

O deyib ki, ötən ilin oktyabrında Soçidə jurnalistlərin “Bütün Rusiya” festivalı çərçivəsində Avropa Oyunlarının təqdimatı olub. O deyib: “Biz Avropa Oyunlarının geniş  vüsətini hələ o vaxt başa düşdük və mən əminəm ki, bu Oyunlar baş tutacaq”.

Soçi təcrübəsinin Bakıya bir çox baxımdan faydalı olacağına, Avropa Oyunlarının ölkələrimiz arasında əməkdaşlığın mühüm mərhələsinə çevriləcəyinə əmin olduğunu bildirən K.Privalov deyib: “Sizin çox gözəl ölkəniz var. Mən Azərbaycanda 1980-ci ildə olmuşamümummilli lideriniz Heydər Əliyevlə görüşmüşəm. İkinci dəfə Bakıya 2013-cü ildə gəldim. Möhtəşəm dəyişikliklərin şahidi oldum. Azərbaycan gələcəyə böyük sıçrayış edən gözəl ölkədir”.

 

Azərbaycan. - 2015.- 5 iyun.- S. 7.