17 gün, 18 arena, 20 idman və 30 yarış növü, 50 ölkə, 6000-dən çox atlet, 253 dəst medal...

 

Suyatullanma

 

Bakı Su İdmanı Sarayı

 

160 idmançı - 80 kişi, 80 qadın

4 yarış günü

8 medal dəsti

Yarışlar keçirilir: 18-21 iyun

 

Suyatullanma yarışlarında 1 metrlik tramplin, 3 metrlik tramplin, sinxronlaşdırılmış 3 metrlik tramplinplatforma üzrə 8 medal dəsti uğrunda mübarizə aparılacaq. Bayraq  Meydanı yaxınlığında yerləşən Bakı Su İdman Sarayı Oyunlar üçün yeni inşa olunub. Dünyanın ən gözəl idman qurğuları sırasında yer alır.  6000 tamaşaçı tutumuna malik yeni su idmanı növləri mərkəzində suyatullanma, üzgüçülüksinxron üzgüçülük üzrə yarışlar keçiriləcək.

 

Üzgüçülük

Bakı Su İdmanı Sarayı

 

526 idmançı

5 yarış günü

42 medal dəsti

Yarış keçirilir: 23-27  iyun      

 

Bayraq Meydanı ərazisində yeni tikilmiş, 6000 azarkeş tutumuna malik Bakı Su İdmanı Sarayı Oyunlar zamanı su idmanının 3 növü üzrə yarışlara ev sahibliyi edəcək. “Bakı-2015” I Avropa Oyunlarında üzgüçülük üzrə 526 idmançı “Rio-2016” Yay Olimpiya Oyunlarına təsnifat rolunu oynayan 42 medal dəsti uğrunda yarışacaq.

 

Sinxron üzgüçülük

Bakı Su İdmanı Sarayı

 

150 idmançı

5 yarış günü

4 medal dəsti

Yarış keçirilir: 12-16  iyun

 

5 günlük yarış zamanı sinxron üzgüçülük üzrə medalların sahibləri solo, duet, komanda və sərbəst kombinasiya növlərində keçiriləcək yarışlarda məlum olacaq.   Bayraq Meydanı ərazisinin cənub hissəsində yerləşən, Avropa Oyunları parkı daxilində  yerləşən arenada iki 50 metrlik üzgüçülük hovuzubir suyatullanma hovuzu mövcuddur.

 

Boks

“Baku Crystal Hall”

 

330 idmançı

12 yarış günü

15 medal dəsti

Yarış keçirilir: 16-27 iyun

 

Azərbaycanda ən məşhur idman növlərindən biri olan boks üzrə yarışlarda 12 gün ərzində 15 medal dəsti uğrunda mübarizə aparılacaq.  Kişilərin 10, qadınların isə 5 çəki kateqoriyasında yarışacağı nəzərdə tutulub. Bu, qadınların 3-dən çox çəki kateqoriyası üzrə yarışaçağı ilk mötəbər boks turniridir. “Baku Crystal Hall” Bakı Buxtasının Xəzər dənizinə doğru uzandığı Bayraq Meydanı ərazisinin mərkəzi hissəsində yerləşir. Möhtəşəm məkan Oyunlar müddətində 5 idman növü üzrə yarışlara ev sahibliyi edəcək.

 

Su polosu

Su Polosu arenası

 

364 idmançı

10 yarış günü

2 medal dəsti

Yarış keçirilir: 12-21 iyun

 

360-dan çox idmançı Avropa Oyunları parkında yerləşən, yeni salınmış Su Polosu arenasında qızıl medal uğrunda mübarizə aparacaq. Bu yarışlarda 16 kişi 12 qadın komandası iştirak edəcək. Su Polosu arenası Avropa Oyunları parkı daxilində Bayraq Meydanı ərazisinin cənub hissəsində yerləşən, açıq havada yaradılan müvəqqəti arenadır. İki su polosu hovuzu eyni vaxtda 2 yarışı təşkil etməyə şərait yaradacaq.

 

3x3 Basketbol

Basketbol arenası

 

128 idmançı

4 yarış günü

2 medal dəsti

Yarış keçirilir: 23-26 iyun

 

Yeni 3x3 basketbol yüksək xallar, yüksək oyun yüksək ritm sayəsində Oyunlar zamanı ən məşhur idman növünə çevriləcək. Oyun hər biri 3 nəfərdən ibarət 2 komanda arasında yarım sahədə baş tutur dünyanın müxtəlif yerlərində 250 milyon azarkeş tərəfindən maraqla izlənildiyi ehtimal olunur. Basketbol arenası Bayraq Meydanı ərazisində, Avropa Oyunları parkında yerləşir. Müvəqqəti arenada Avropa Oyunlarının bu növ üzrə yarışlarını 2500 azarkeş izləyə biləcək.

 

Atletika

Bakı Olimpiya Stadionu

 

500 idmançı

2 yarış günü

1 medal dəsti

Yarış keçirilir: 21-22 iyun

 

Atletlər kəndinə yaxın ərazidə yerləşən möhtəşəm Bakı Olimpiya Stadionu I Avropa Oyunlarının açılış   bağlanış mərasimləri ilə yanaşı, atletika üzrə iki gün keçiriləcək yarışlara da ev sahibliyi edəcək. Bu müddət ərzində qızıl, gümüş bürünc medal uğrunda mübarizə aparacaq idmançıların hər oyunda qazanacağı xallar yekun komanda nəticəsi üçün toplanacaq. Avropa Oyunları zamanı atletika yarışları “Rio-2016” Yay Olimpiya Oyunları üçün təsnifat rolunu oynayacaq.

 

Kamandan oxatma

Tofiq Bəhramov adına Respublika Stadionu

 

128 idmançı

7 yarış günü

5 medal dəsti

Yarış keçirilir: 16-22 iyun

 

64 kişi və 64 qadın idmançı fərdi, komanda və eləcə də qarışıq komanda yarışlarında mübarizə  aparacaqlar. Kamandan oxatma, həmçinin, “Rio-2016” Yay Olimpiya Oyunlarının təsnifat mərhələsi olaraq, reytinq xalları qazanmaq imkanı yaradacaq. Avropa Oyunlarında kamandan oxatma yarışlarını arenadan  3 min azarkeş izləyə biləcək. Şəhər ərazisinə daxil olan Tofiq Bəhramov adına Respublika  Stadionu 1951-ci ildə inşa olunub. 2012-ci ildə stadionda yenidənqurma işləri aparılıb və yenidən istifadəyə verilib.

 

Çimərlik futbolu

Çimərlik arenası

 

96 idmançı

5 yarış günü

1 medal dəsti

Yarışlar keçirilir: 24-28 iyun

 

Çimərlik futbolu adi futbol sahəsinin təxminən dörddə bir hissəsi qədər olan qum sahəsində  oynanılır. Demək olar ki, qapılara 30 saniyədən bir zərbə vurulur və hər oyunda azarkeşlərin azı 9 qol görməsi adi hal kimi dəyərləndirilir. 8 komanda 5 gün ərzində mübarizə aparacaq.   Çimərlik arenası Oyunlar üçün müvəqqəti tikilmiş idman mərkəzidir və Bayraq Meydanı ərazisinə daxildir. Xəzər dənizinin sahilində açıq havada qurulan arena 2900 tamaşaçının canlı izləyə biləcəyi çimərlik futbolu yarışlarına ev sahibliyi edəcək.

 

Badminton

Bakı İdman Sarayı

 

160 idmançı

7

yarış günü

5 medal dəsti

Yarış keçirilir: 22-28 iyun

 

Yarış 7 gün ərzində davam edəcək   5 medal dəsti uğrunda kişilərin qadınların tək, cüt qarışıq cüt oyunları daxildir. Təxminən 160 idmançı qızıl medal uğrunda mübarizə aparacaq. Bakı İdman Sarayı Oyunlar zamanı stolüstü tennis badminton yarışlarından zövq almaq istəyən 1700 tamaşaçını qəbul etmək imkanına malikdir.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan. - 2015.- 5 iyun.- S. 6.