Pakistan mətbuatı Heydər
Əliyev Fondunun İslamabaddakı xeyriyyə
aksiyası haqqında yazır
İslamabaddakı
Al-Farabi adına Əlil Uşaq Mərkəzində Heydər
Əliyev Fondunun dəstəyi ilə keçirilən humanitar
aksiya Pakistan mətbuatında geniş
işıqlandırılıb.
İngilis və urdu dillərində çap edilən “Pakistan Observer”, “The News”, “National
Herald Tribune”, “Diplomatic Star” “DNA”, “Centreline”,
“Pakistan in the World”, “Daily Jinna”, “Daily Sama” qəzet, jurnal və informasiya agentlikləri tədbir haqqında materiallar yayıb.
Materiallarda bildirilir ki, mərkəzdə keçirilən
tədbirdə çıxış
edənlər fiziki qüsurlu uşaqlara yardıma görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıq
edib, bunu Pakistan və Azərbaycan arasında qardaşlıq
münasibətlərinin təzahürü
kimi qiymətləndiriblər.
Qeyd edilir ki, Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov tədbirdə xalqlarımız
arasındakı dostluq
münasibətləri, Heydər
Əliyev Fondunun fəaliyyəti haqqında
söhbət açıb. D. Şikarov Mehriban Əliyevanın Pakistanın
“Hilal-e-Pakistan” ordeni ilə təltif olunmasının yüksək
qiymətləndirildiyini vurğulayıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad
Azərbaycan. - 2015.- 5 iyun.- S. 4.