Prezident İlham
Əliyev Meksikanın Azərbaycanda yeni təyin
olunmuş səfirinin etimadnaməsini qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də
Meksika Birləşmiş Ştatlarının ölkəmizdə
yeni təyin olunmuş fövqəladə və səlahiyyətli
səfiri Xuan Rodrigo Labardini Floresin etimadnaməsini qəbul
edib.
Səfir Xuan Rodrigo Labardini Flores fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Xuan Rodrigo Labardini
Flores etimadnaməsini Prezident
İlham Əliyevə
təqdim etdi.
Sonra Azərbaycan
Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Görüşdə Azərbaycan-Meksika əlaqələrinin
hazırkı vəziyyəti və gələcəyi ilə
bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan. - 2015.- 5 iyun.- S. 2.