Azərbaycan Respublikası Hökuməti
ilə Türkiyə Respublikası Hökuməti arasında
Əfqanıstanda Qətiyyətli Dəstək Missiyası
çərçivəsində Türk
Silahlı Qüvvələrinin bölmələri tərkibində
fəaliyyət göstərəcək Azərbaycan bölüyü ilə bağlı Protokolun təsdiq edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Əfqanıstanda Qətiyyətli Dəstək Missiyası çərçivəsində Türk Silahlı Qüvvələrinin bölmələri tərkibində fəaliyyət göstərəcək Azərbaycan bölüyü ilə bağlı 2015-ci il aprelin 18-də Bakı şəhərində imzalanmış Protokol təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
22 may 2015-ci il
Azərbaycan. - 2015.- 5 iyun.- S. 2.