Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri,

Milli bayramınız - Respublika Günü münasibətilə Azərbaycan xalqına bütün kanadalılar adından ən xoş arzularımı çatdırmaqdan məmnunam.

Xalqlarımız qarşılıqlı əməkdaşlıq ruhunda birgə çalışmağa davam edirlər. Kanada ölkələrimiz xalqlarımız arasındakı qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi niyyətindədir.

Neft-qaz, təhsil, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları sahələri daxil olmaqla müxtəlif sektorlarda ikitərəfli ticarət əlaqələrinin davamlı inkişafı üçün imkanları vurğulamaqdan məmnunam. Bu sahələrdə əməkdaşlıq xalqlarımızın davamlı qarşılıqlı tərəqqisini təmin edəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək Sizə vətəndaşlarınıza bir daha səmimi arzularımı çatdırır, Azərbaycan xalqının firavanlığı rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Dərin ehtiramla,

 

Devid Conston

Kanadanın General-Qubernatoru

 

Azərbaycan. - 2015.- 5 iyun.- S. 3.