Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

 

Zati-aliləri,

Milli bayramınız- Respublika Günü münasibətilə Zati-alinizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı xoşbəxtlik, qardaş Azərbaycan xalqına tərəqqi inkişaf arzulayıram.

Sizinlə daha yaxından əməkdaşlıq etmək, ikitərəfli əlaqələri gücləndirmək iki dost arasında qarşılıqlı faydaya əsaslanan mübadiləni daha da genişləndirmək istəyimi bildirirəm.

Zati-aliləri, ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

Dərin hörmətlə,

 

Beji Kaid əs-Sebsi

Tunis Respublikasının Prezidenti

 

Azərbaycan. - 2015.- 5 iyun.- S. 3.