Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

 

Zati-aliləri,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Myanma xalqının adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Azərbaycan xalqına davamlı inkişaf və tərəqqi arzularımı çatdırmaqdan qürur duyuram.

Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz arasında ənənəvi dostluq əlaqələrinin gələcəkdə də güclənəcəyinə və ikitərəfli əməkdaşlığımızın mövcud potensiala uyğun olaraq bütün sahələrdə daha da inkişaf edəcəyinə əminliyimi bildirmək istəyirəm.

Zati-aliləri, xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin.

Hörmətlə,

 

Theyn Seyn

Myanma İttifaqı Respublikasının Prezidenti

 

Azərbaycan. - 2015.- 5 iyun.- S. 3.